Nariman_Qahramanli | TARİX: ŞƏNBƏ, 2011-12-24, 2:03 AM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| ATEİZM Ateizm termini XVI əsrdə Fransada meydana gəlib, lakin ateist düşüncələr Qədim Misirdə, qədim yunan və Roma mədəniyyəti dövründə də mövcud olmuşdur. Hələ Qədim Misirdə dini baxışları tənqid edən əsərlər yaranmışdı. Ateizm (qədim yunan sözü ἄθεος, tanrısız ) fövqəltəbiiliyi– tanrıların, ruhların, digər qeyri-maddi varlıqların və qüvvələrin, ölümdən sonrakı həyatın mövcudluğunu inkar edən dünyagörüşüdür. Ateistlər mövcud olan bütün din və etiqadların insanlar tərəfindən yaradıldığını iddia edir və kainatın yaradılışına elmi nöqteyi-nəzərindən yanaşırlar. Ateizm termini ilk əvvəl alçaldıcı və təhqiredici epitet kimi meydana gəlmiş, mövcud dinlə münqaişədə olan istənilən şəxsə və ya doktirinaya aid edilmiş, lakin sonrarlar ifadə və fikir azadlığı, elmi skeptizm və dini tənqidin yaranması ilə əlaqədar, bu termin dəqiqləşərək, konkret mövqeyə – fövqəltəbiiliyi inkar edənlərə aid edilməyə başlanmışdır. Qədim yunan dilində bu söz “tanrısızlığı” bildirsə də, yalnız e.ə.V əsrdən etibarən “günahkar” mənasından uzaqlaşaraq, məhz “bütün tanrıları inkar edən”, “tanrılarla əlaqəni kəsən” məqsədli ateizmi bildirməyə başlamışdır. Praktiki ateizmi bildirmək məqsədi ilə ateist sözü ilk dəfə 1557-ci ildə işlənmiş, daha sonralar isə bu sözdən qohum sözlər: deist (1621-ci il), teist (1662-ci il), teizm (1678-ci il) və deizm (1682-ci il) sözləri yaranmışdır. Karen Armstronq “Tanrının tarixi” əsərində deyir ki, hətta XVI-XVII əsrlərdə özünü “ateist” adlandırmaq heç kəsin ağlına belə gəlməzdi, çünki ateist sözü yalnız mübahisələrdə istifadə olunmuş və təhqiredici mənaya malik olmuşdur. XVIII əsr Avropasında bu termin monoteist yəhudi-xristian tanrısını inkar edənlərə aid edilirdi və yalnız XX əsrdə qloballaşma sayəsində termin daha geniş yayılmış və bütün ilahiliyi, fövqəltəbiiliyi inkar edənlərə aid edilməyə başlanmışdır.
Ateizm bu gün.
Müasir qərb sivilizasiyasının səciyyəvi cəhətlərindən biri əhalinin geniş kütlələri arasında dinə marağın azalmasıdır. İnkişaf etmiş ölkələrdə ibadətxanalar daha az ziyarət olunur, dini ayinlərə isə daha az əməl olunur. Aqnostizm və ateizmə üz tutan insanların sayı çoxalır, hətta inanclı insanlar gündəlik həyatlarında dinə elə də mühüm yer ayırmırlar. Yüksək iqtisadi inkişafa malik (İE) dünya ölkələrində, ABŞ və Kuveyti çıxmaq şərti ilə, dinə marağın səviyyəsi digər ölkələrə nisbətən daha azdır. İnkişaf etməkdə olan (İEO) ölkələrdə, xüsusən ölkə nə qədər kasıbdırsa, ölkə əhalisi bir o qədər çox dindən möhkəm yapışır və həyatında ona başçı vəzifəni ayırır. İran, Sudan, Pakistan və Səudiyyə Ərəbisatnı kimi islam ölkələrində şəriət hökm sürür, şəriətə əsasən islamdan və tanrılardan imtina etmək qəbahət hesab olunur və ölümlə cəzalandırılır. Dünya əhalisi arasında ateistlərin dəqiq sayını müəyyən etmək kifayət qədər çətin bir məsələdir. Əvvəla, sorğu iştirakçıları “ateizm” termini ilə aqnostizm və digər qeyri-dini, qeyri-teist etiqadlar arasındakı fərqi müxtəlif cür qavraya bilərlər. Bundan başqa, dinin mühüm rol oynadığı ölkələrdə insanlar təqib və diskriminasiyaya məruz qalmamaq məqsədi ilə ateist baxışlarını nümayiş etdirməməyə çalışırlar.
|
|
| |