BAZAR ERTƏSİ, 2024-12-30, 9:50 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ İQTİSADİYYAT - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
İQTİSADİYYAT
Nariman_QahramanliTARİX: BAZAR ERTƏSİ, 2010-09-27, 11:39 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
İqtisadiyyat

İqtisadiyyat - iqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir.
Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430-355) «Ev təsərrüfatı» və ya «Ev iqtisadiyyatı» deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384-322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan «Oykonomiya» iki sözdən- «oykos» (ev, tə-sərrüfat) və «nomos» (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada «Ekonomika» antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natu-ral təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə «Ekonomiks» geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində «ekonomika» ərəb dilindən alınmış «iqtisadiyyat», «iqtisad» kimi sözlərlə ifadə olunur. Lüğəti mənası da elə «ekonomika» anlayışının bildirdiyi mənaya uyğundur.
İqtisadiyyatı öyrənmə, dərketmə baxımından yanaşdıqda o, makroiqtisadiyyat, mikroiqtisadiyyat, mezoiqtisadiyyat, meqoiqtisadiyyat sahələrinə bölünür. İdarəetmə baxımından da iqtisadiyyatın bu hissələrə bölgüsü əsaslıdır.
Makroiqtisadiyyat - bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və həlli yolları araşdırılır.
Mikroiqtisadiyyat - istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkil edən müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha səmərəli qurulması modelləri seçilir, az xərclə daha çox və daha keyfiyyətli məhsul bura-xılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı,tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
Mezoiqtisadiyyat - makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksidir. Məs., aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və kooperativləşmə təşkil edir.
Aqrar-sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin, bəzi istehsal vasitələri istehsal edən sənaye sahələrinin üzvi əlaqəliliyi əsas götürülür. Hərbi-sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur. Meqoiqtisadiyyat - bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür.
İqtisadiyyat bütün səviyyələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir. Lakin, bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir. Çünki, iqtisadiyyatın başlıca prinsipləri, məqsəd və funksiyaları göstərilən çərçivələrdə, xüsusilə milli iqtisadiyyat çərçivəsində reallaşa bilər. Buna görə də dünya iqtisadiyyatı və milli iqtisadiyyat iqtisad elminin öyrəndiyi sahələrdəndir. İqtisadiyyat insan üçün yaradılmış və ona da xidmət etməlidir. Bu baxımdan hər cür iqtisadiyyatın təbii və son məqsədi insanın, cəmiyyətin tələbatını ödəməkdir. Bunun üçün iqtisadiyyatın bütün bölmələr, sahələr ilə genişlənməsi və təkrar istehsalını keçirməsi zəruridir.
İqtisadiyyat təkrar istehsalın istehsal, bölgü, mübadilə, istehlak mərhələlərini özündə üzvi surətdə birləşdirən bir sistemdir. Burada istehsalla istehlak arasındakı qarşılıqlı asılılıq və vəhdət mühüm yer tutur. Bu prosesdə bölgü və mübadilə formalarının aktiv və passiv təsirləri də özünü göstərir.
Məlumdur ki, hər cür istehsal prosesində təbiət - torpaq, kapital və əmək (insan) iştirak edir. Bu üç amilin üzvi vəhdəti nəticəsində istehsal prosesi baş verə bilər. Torpaq insanın əzəli qida mənbəyidir. Əmək alətləri isə insanın özünün icad etdiyi vasitələrdir. Başqa sözlə, insan təbiətə, onun predmetlərinə - torpağa, bitkiyə və heyvanat aləminə təsir göstərmək və tələbatını ödəmək üçün əmək alətləri yaratmışdır, bəsit alətlərdən (daş, ox, kaman və s.) başlamış o, müasir mürəkkəb alətlərə qədər böyük inkişaf yolu keçmişdir. Bu prosesdə istehsalın başlıca amili olan insanın özü də inkişaf etmiş, kamilləşmiş və nəticədə çağdaş sivilizasiyalı iqtisadiyyatın yaranmasına nail olmuşdur.
İqtisadiyyat insanların yaşayışını, həyat sürməsini təmin etmək zərurətindən yaranmışdır. Burada insan başlıca məqsəd və həlledici amildir. O, həm istehsalçı və həm də istehlakçıdır. Deməli, istehsalın fasiləsiz təkrarı və genişlənməsi də bu zərurətdən yaranır. İstehsal olunan məhsullar bölüşdürülməlidir, sonra tədavül, alqı-satqı yolu ilə istehlaka daxil olmalıdır. Bununla, sanki bütün məsələlər bitmiş olur. Elə görünür ki, bütün iqtisadi proseslər asan və rəvan bir yolla başlayır və sona çatır. Bu iqtisadiyyatın görünən tərəfləridir. Cəmiyyət həyatında isə nəyi böl-mək, necə bölmək, kimə nə qədər pay vermək mürəkkəb bir iqtisadi mexanizmdir.
İqtisadiyyatın təməl prinsiplərini təşkil edən, istehsal, bölgü, mübadilə və istehlak proseslərində milyonlarla istehsalçıların, satıcıların, alıcıların maraqları əks olunur və reallaşır. Bu münasibətlərin daşıyıcıları cəmiyyətin bütün 3 dairələrində, istehsal, xidmət, idarəetmə, elm, təhsil, mədəniyyət və sairədə fəa-liyyət göstərən insanlardır. Bütün bunların arasında baş verən iqtisadi müna-sibətlərin və onların inkişaf qanunauyğunluqlarının araşdırılması və aşkar edilməsi iqtisadi nəzəriyyənin predmeti və funksiyalarıdır.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...