Məni unutmağın inadın kimi Ilk sevgi ağrısı fəryadın kimi
Lap öz adın kimi soyadın kimi
Bir sevda ağlayır icimdə mənim
Gəl dedim, köksümə yarali düşdü,
Əl acdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır icimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır icimdə mənim.
Min gül solduranlar, min gül dərdilər,
Yüngül cicəkləri yüngül dərdilər,
Mən ürək acanda baxıb gördülər,
Bir sevda ağlayır icimdə mənim
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə,
Bir sevda ağlayır icimdə mənim.
Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə,
Bir sevda ağlayır icimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə,
Itmiş qaş-daşıyam o məhəbbətə,
Özüm baş daşıyam o məhəbbətə,
Bir sevda ağlayır icimdə mənim.
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də
Bir sevda ağlayır icimdə mənim.. (N.KƏSƏMƏNLİ)