BAZAR, 2024-12-29, 0:38 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BİR SEVDA AĞLAYIR İÇİMDƏ MƏNİM - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
BİR SEVDA AĞLAYIR İÇİMDƏ MƏNİM
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-11-06, 0:15 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Məni unutmağın inadın kimi

Ilk sevgi ağrısı fəryadın kimi

Lap öz adın kimi soyadın kimi

Bir sevda ağlayır icimdə mənim

Gəl dedim, köksümə yarali düşdü,

Əl acdım, əllərim aralı düşdü,

Ona bu ağ dünya qaralı düşdü,

Bir sevda ağlayır icimdə mənim.

Qədri bilinmədi, ömrü qırıldı,

Həsrət boyun bükdü, hicran yoruldu,

O hər gün incidi, hər gün vuruldu,

Bir sevda ağlayır icimdə mənim.

Min gül solduranlar, min gül dərdilər,

Yüngül cicəkləri yüngül dərdilər,

Mən ürək acanda baxıb gördülər,

Bir sevda ağlayır icimdə mənim

Dünəni bükülü xatirəsinə,

Vurğundur bu günü xatirəsinə,

Qısılıb mürgülü xatirəsinə,

Bir sevda ağlayır icimdə mənim.

Bacara bilmədim özüm-özümlə,

Dil tapa bilmədi işim sözümlə,

Mənim fəryadımla, mənim gözümlə,

Bir sevda ağlayır icimdə mənim.

Mənəm daş daşıyan o məhəbbətə,

Itmiş qaş-daşıyam o məhəbbətə,

Özüm baş daşıyam o məhəbbətə,

Bir sevda ağlayır icimdə mənim.

Gec oldu qədrini mən biləndə də,

Sevinci yaşayıb, qəm böləndə də,

Üzümə baxmayın, mən güləndə də

Bir sevda ağlayır icimdə mənim.. (N.KƏSƏMƏNLİ)

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...