Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq. Həyat çox sıxacaq səni özündə,
Dünya qaralacaq mənsiz gözündə,
Günahı görəndə özün özündə,
Sanma qəlbin buna susan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.
Gərəksiz bir ömrə tuş olacaqsan,
Lazımsız bir qara daş olacaqsan.
Qəlbləri üşüdən qış olacaqsan,
Çətin qucağında qızan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.