AYRILDIQ Ayrıldıq bir gecə, ayrıldıq tamam,
Köksümdən qəlbimin tamamı getdi.
Təsiri olmadı bunun heç ona,
Mənimsə ömrümün baharı getdi.
Ayrıldıq bir gecə, itirdim səni,
Sahilə çatarmı yelkənsiz gəmi,
Yıxıb üzərimə ən ağır qəmi,
Üzündə təbəssüm gülərək getdi.
Ayrıldıq bir gecə, gözlərimdə nəm,
Dolaşdım tək tənha nə ağırmış qəm,
Yəqin gözləmədi, dözmədi gələm,
Bəxtimin xoşbəxtlik qatarı getdi.
Ayrıldıq bir gecə, o gündən bəri,
Qova bilməmişəm hələ kədəri,
Ürək yaralıdır, könlüm zədəli,
İradəm, dözümüm onunla getdi.
Ayrıldıq bir gecə, bəlkədə bir gün,
Qəlbi hökm edəcək, deyəcəkdir "dön",
Amma, artıq gecdir, saçlarımda dən,
Gəncliyim qoşulub o yara getdi.