ÇƏRŞƏNBƏ, 2024-04-24, 4:57 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AYRILDIQ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » AYRILDIQ
AYRILDIQ
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 8:57 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
AYRILDIQ

Ayrıldıq bir gecə, ayrıldıq tamam,
Köksümdən qəlbimin tamamı getdi.
Təsiri olmadı bunun heç ona,
Mənimsə ömrümün baharı getdi.

Ayrıldıq bir gecə, itirdim səni,
Sahilə çatarmı yelkənsiz gəmi,
Yıxıb üzərimə ən ağır qəmi,
Üzündə təbəssüm gülərək getdi.

Ayrıldıq bir gecə, gözlərimdə nəm,
Dolaşdım tək tənha nə ağırmış qəm,
Yəqin gözləmədi, dözmədi gələm,
Bəxtimin xoşbəxtlik qatarı getdi.

Ayrıldıq bir gecə, o gündən bəri,
Qova bilməmişəm hələ kədəri,
Ürək yaralıdır, könlüm zədəli,
İradəm, dözümüm onunla getdi.

Ayrıldıq bir gecə, bəlkədə bir gün,
Qəlbi hökm edəcək, deyəcəkdir "dön",
Amma, artıq gecdir, saçlarımda dən,
Gəncliyim qoşulub o yara getdi.

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » AYRILDIQ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...