Elə ki,balalar gəlir dünyaya
O gündən hey ölçüb, bicir analar
Mahnı da oxuyur,şer də qoşur
Bəstəkar analar,şair analar. Unudub illərin yorğunluğunu
Həyətdə dincliyi,evdə yuxunu
Sevincin azını,qəmin coxunu
Yükün ağırını cəkir analar.
Dözür hər əzaba o bilə-bilə
Yaşayir sirrini salmadan dilə
Vaxt olur qaldırıb acını belə
Şərbət əvəzinə icir analar.
Alnında zamanın acdığı qırış
Başına qar töküb,qar ələyib qış
Odun istisindən aralanmamış
Suyun soyuğundan kecir analar.
Özümdə bilmirəm hec neycun niyə
Başımın tüstüsü çəkilir göyə
Torpağmız anasiz qalmasın deyə
Torpağın qoynuna köcür analar.