BAZAR, 2020-07-05, 3:06 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DOST YOLUNDA CƏFA ÇƏKDIM, CAN ÜZDÜM (Q.ZAKİR) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DOST YOLUNDA CƏFA ÇƏKDIM, CAN ÜZDÜM (Q.ZAKİR)
DOST YOLUNDA CƏFA ÇƏKDIM, CAN ÜZDÜM (Q.ZAKİR)
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 7:47 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
DOST YOLUNDA CƏFA ÇƏKDIM, CAN ÜZDÜM

Dost yolunda cəfa çəkdim, can üzdüm,
Yetişmədim bir məkana, ay mədəd!
Sərasər əndamım mum tək əridi,
Eşq atəşi düşüb canə, ay mədəd!

Muradımız şükufəsi bitmədi,
Bəlalı sərimdən sövda getmədi,
Yetər oldu ömür başə, yetmədi
Əlim zülfi-pərişanə, ay mədəd!

Qalmışam göz yolda, könül intizar,
Qəm tutub yaxamı hər yana dartar,
Mən bilmənəm necə bağlanıb yollar,
Bir gələn yox bu viranə, ay mədəd!

Ayrı düşmək vətənindən yamandı,
Diyari-ğürbətda öldüm, amandı!
İtirmişəm yarı xeyli zamandı,
Axtarıram yanə-yanə, ay mədəd!

Bir kimsənin yoxdu məndən xəbəri
O qaşları yayı sevəndən bəri,
Şikəstə Zakirəm, ahım əsəri
Od salıbdı asimanə, ay mədəd!

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » DOST YOLUNDA CƏFA ÇƏKDIM, CAN ÜZDÜM (Q.ZAKİR)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...