Bilməzdim yoxluğun dönüb qəfəsə
Qəddimi beləcə əyərmiş,gülüm...
Əgər həsrətindən öləcəyəmsə
Deməli ölməyə dəyərmiş Gülüm... Ömür keçib-getdi:bu eşqim,bu mən,
Heçnə anlamadım məhəbbətindən.
Bilməzdim güllər də yar həsrətindən
Boynunu gizlicə bükərmiş Gülüm...
Hansı haqlı çıxar?Bu xeyir,bu şər
Atsaq nə gətirər?Bu tale bu zər.
Gözümdə günbəgün dəyərdən düşər
Dəyərin qəribə dəyərmiş Gülüm...
Deməli ölməyə dəyərmiş Gülüm...