Salam desəm rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy...
Hökm etsə bu sərsəm gediş dursa oy... Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş düşmüş adı dilimdən...
Azərbaycan, mənim eşsiz yurdum oy...
Ölməz eşqim, içimdəki dərdim oy...
Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neynim qürbət eldə günü mən,
Sənsiz neynim Allahı mən, dini mən?
Azərbaycan, mənim tacım taxtım oy...
Oyanmazmı kor olası baxtım oy?...