BAZAR, 2020-07-05, 4:58 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GƏLMİŞ İDİ (N.GƏNCƏVİ) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » GƏLMİŞ İDİ (N.GƏNCƏVİ)
GƏLMİŞ İDİ (N.GƏNCƏVİ)
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 2:07 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Nizami Gəncəvi - Gəlmiş idi adlı şeir

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar?
Bir öpüş istədim ondan... yeri var, gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

Ey Nizami! - dedi - birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » GƏLMİŞ İDİ (N.GƏNCƏVİ)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...