BAZAR, 2020-07-05, 2:56 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ NEYLƏRDİN İLAHİ?! (M.Ə.SABİR) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » NEYLƏRDİN İLAHİ?! (M.Ə.SABİR)
NEYLƏRDİN İLAHİ?! (M.Ə.SABİR)
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 1:14 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Daş qəlbli insanları neylərdin, İlahi?!

Bizdə bu soyuq qanları neylərdin, İlahi?!

Artdıqca həyasızlıq olur el mütəhəmmil(səbr edən),

Hər zülmə dözən canları neylərdin, İlahi?!

Bir dövrdə ki, sidqü səfa qalmayacaqmış,

Dəryaları, ümmanları neylərdin, İlahi?!

Səyyadi-cəfakardə (ovçuluq) rəhm olmayacaqmış,

Ahuləri, ceyranları neylərdi, İlahi?!

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş,

Toxum əkməyə dehqanları neylərdin, İlahi?!

İş rəncbərin, güc öküzün, yer özününkü,

Bəyzadələri, xanları neylərdin, İlahi?!

Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət,

Dildadeyin-irfanları (bilik sahibləri) neylərdin, İlahi?!

Sürtüklü müsəlmanları təkfirə qoyan bu,

Döşdüklü müsəlmanları neylərdin, İlahi?!

Yaxud bunların bunca nüfuzu olacaqmış,

Beş-üç bu süxəndanları (gözəl söz söyləyən) neylərdin, İlahi?!

Qeyrətli danosbazlarımız (söz gətirib,aparanlar) iş bacarırkən,

Tənbəl dəli şeytanları neylərdin, İlahi?!

Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş,

Evlərdəki nisvanları (evdə qalan qız) neylərdin, İlahi?!

Tacirlərimiz Sonyalara bənd olacaqmış,

Bədbəxt Tükəzbanları neylərdin, İlahi?!

Sübhanəkə,sübhanəkə,sübhanəkə Ya Rəbb!

Baxdıqca bu hikmətlərə heyran oluram həp!

(M.Ə.Sabir)

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » NEYLƏRDİN İLAHİ?! (M.Ə.SABİR)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...