BAZAR, 2020-07-05, 4:40 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MƏHƏBBƏT - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » MƏHƏBBƏT
MƏHƏBBƏT
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 12:33 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
MƏHƏBBƏT

Bəzən məhəbbətdən dəli oluruq.

Agıl atlı olur,bizsə piyada.

Bəzən məhəbbətin qulu oluruq.

Beləcə gəzirik qultək dünyada.

*************************

Məhəbbət dediyin bəzən bal dadır,

Bəzən acı dadır ,gərək dözək biz.

Bəzən bu məhəbbət bizi ucaldır,

Bəzən daşa dəyir məhəbbətimiz.

*************************

Bəzən məhəbbətin yolu sərt olur.

Qorxutmur nə,dag daş,nə qaya bizi.

Bəzən də məhəbbət dönüb dərd olub.

Salır dönə-dönə qovgaya bizi.

*************************

Bəzən sirli olur,gəl,aç bu sirri.

Bəzən gülə-gülə tökür göz yaşı

Məhəbbət tanımır qızılı,zəri.

Bəlkə göz yaşıdır onun daş-qaşı.

*************************

Məhəbbət nagılsa ay ömrüm, günüm.

Kim onu danışıb qurtara bilmiş,

Dünya bir beşiksə ,başina dönüm.

Dünyaya ilk dəfə məhəbbət gəlmiş.

*************************

Hər ürək bir dünya yaşadır,gülüm.

Onun baharı var,onun qışı var.

Məhəbbət dünyanın yaşıdır,gülüm.

Dünyanın məhəbbət qədər yaşı var.

 
FORUM » ============================ ÜMUMİ BÖLMƏ ==================================== » ŞEİR DÜNYASI » MƏHƏBBƏT
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...