Nariman_Qahramanli | TARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 12:26 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Bu da sonuncu gün. Sonuncu vida , Bu da ayriliğin sonuncu tini . Quzum, hər görüşün sonuncu vida , Görürdüm bu günü, Səninlə görüşün birinci günü ... Yolun uğurlu olsun deyirəm sənə ; Qarşinda ömür gün sinaği durur . Nə deyim , bəlkə də yolunda yenə Mənimtək bir sevda qonaği durur . Gedirsən , Bu günü saxla yadinda Yaddaşin mən verən dərsi pozmasin . Sən elə aliş ki , sənin odunda Ötəri qonaqlar qoy qizinmasin . Qarşimda nə çəpər, nə də ki bari ... Mənim də ömrümə beləcə gəldin . Qəlbində bir çinqi od saxla bari Bəlkə bir çiraği yandira bildin . Əyil !... Məhəbbətin önündə əyil , Bəlkə bu dünyadan qopara səni . Taleyin estafet ağaci deyil Hərə bir mənzilə apara səni ... Bir gün də sərbəstlik taxti devrilib , Ömrünə gəlinlik illəri gələr . Dünənin bir namərd dosta çevrilib Sabah kəndirini doğraya bilər . Bu da sonuncu gün, sonuncu vida, Bu da ayriliğin sonuncu tini . Quzum, hər görüşün son ucu vida, Görürdüm bu günü, Səninlə görüşün birinci günü ... NÜSRƏT KƏSƏMƏNLİ
|
|
| |