BAZAR, 2024-12-29, 0:07 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ N.KƏSƏMƏNLİDƏN BİR ŞEİR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
Forum moderator: Nariman_Qahramanli  
N.KƏSƏMƏNLİDƏN BİR ŞEİR
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-11-04, 12:26 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Bu da sonuncu gün. Sonuncu vida ,
Bu da ayriliğin sonuncu tini .
Quzum, hər görüşün sonuncu vida ,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...
Yolun uğurlu olsun deyirəm sənə ;
Qarşinda ömür gün sinaği durur .
Nə deyim , bəlkə də yolunda yenə
Mənimtək bir sevda qonaği durur .
Gedirsən ,
Bu günü saxla yadinda
Yaddaşin mən verən dərsi pozmasin .
Sən elə aliş ki , sənin odunda
Ötəri qonaqlar qoy qizinmasin .
Qarşimda nə çəpər, nə də ki bari ...
Mənim də ömrümə beləcə gəldin .
Qəlbində bir çinqi od saxla bari
Bəlkə bir çiraği yandira bildin .
Əyil !...
Məhəbbətin önündə əyil ,
Bəlkə bu dünyadan qopara səni .
Taleyin estafet ağaci deyil
Hərə bir mənzilə apara səni ...
Bir gün də sərbəstlik taxti devrilib ,
Ömrünə gəlinlik illəri gələr .
Dünənin bir namərd dosta çevrilib
Sabah kəndirini doğraya bilər .
Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayriliğin sonuncu tini .
Quzum, hər görüşün son ucu vida,
Görürdüm bu günü,
Səninlə görüşün birinci günü ...

NÜSRƏT KƏSƏMƏNLİ

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...