İçi doldurulmuş kartoflar
Ərzaqlar
3 ədəd kartof
250 qram toyuq əti
1 ədəd yumurta
100 qram pendir
50 qram mayonez
10 qram kərə yağı
1 ədəd pomidor
2 diş sarımsaq
Bibər, şüyüd, duz, istiot
Hazırlanma qaydası
Əvvəl kartofları suda bişirib, qabıqlarını təmizləyib yarıya bölün. İçərisini ovub qaşıqla çıxarın. Sonra toyuq, yumurtanı bişirib xırda-xırda doğrayın. Bibəri, soğanı, sarımsaqı doğrayın. Pendiri sürtgəcdən keçirin, üzərinə duz, istiot, mayonez əlavə edib qarışdırın. Sonda kartofların içərisinə bu hazıladığımız qarışığı doldurun. 180 dərəcədə qızdırılmış sobada 3-5 dəqiqə saxlayın. Hazır olduqdan sonra boşqaba qoyub, şüyüd, bibər və pomidor dilimləri ilə bəzəyib süfrəyə verə bilərsiz.