Zəfəranlı kroketlər
Ərzaqlar
1 ədəd yumurta
50 q. kərə yağı
4 ədəd kartof
50 q. pendir
10 q. zəfəran
15 q. un
Şüyüd, cəfəri
Zövgə görə duz, istiot
Hazırlanma qaydası
Kartofların qabığını soyub suda bişirin. Sonra bişmiş kartofları yaxşıca əzib, üzərinə çalınmış yumurta, un, 30 qram kərə yağı və sürtgəcdən keçirilmiş pendiri əlavə edin. Hazırladığınız püredən kürəciklər düzəldib yağlanmış tavaya düzün, 200 dərəcə qızdırılmış sobada 3 dəqiqə saxlayın. Kroketlərin üzərinə zəfəran səpib doğranmış şüyüd və cəfəri yarpaqları ilə bəzəyin.