CÜMƏ, 2020-08-07, 3:34 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ XURMANIN FAYDALARI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » XURMANIN FAYDALARI
XURMANIN FAYDALARI
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-10-21, 1:51 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
XURMA QURANDA ADI ÇƏKILƏN ÜÇ MEYVƏDƏN BIRIDIR. XURMA EKZOTIK MEYVƏ, ŞIRNIYYAT, DESERT, ISTI ÖLKƏLƏR ÜÇÜN "SƏHRA ÇÖRƏYI" VƏ TƏƏCCÜBLƏNSƏNIZ DƏ PƏHRIZ ƏRZAĞI KIMI ISTIFADƏ EDILIR. XURMA, ILK NÖVBƏDƏ, ORQANIZMI GÜCLƏNDIRIR VƏ ÖMRÜ UZADIR. ÇINDƏ QIDALARININ ƏSAS HISSƏSINI XURMA TƏŞKIL EDƏN UZUNÖMÜRLÜLƏR VAR. YABANI XURMA 5-7 MIN IL BUNDAN ƏVVƏL ƏRƏBLƏRIN ƏCDADLARI TƏRƏFINDƏN ISTIFADƏ OLUNUB. XURMA TƏSVIRLƏRINƏ MISIR MƏQBƏRƏLƏRINDƏ DƏ RAST GƏLINIR. ƏRƏB CƏNGAVƏRI YÜRÜŞƏ GETMƏMIŞDƏN ƏVVƏL DÖZÜMLÜLÜK ÜÇÜN ATINA 2 KISƏ XURMA YÜKLƏYƏRDI. XURMA AĞACLARININ BÖYÜK HISSƏSI SƏUDIYYƏ ƏRƏBISTANINDA YETIŞIR. XURMA ISTEHSALI VƏ SATIŞI ÜZRƏ DÜNYADA BIRINCI YERI DƏ SƏUDIYYƏ ƏRƏBISTANI TUTUR.

XURMANIN FAYDASI

QƏDIM ZAMANLARDAN XURMA MÜALICƏVI XÜSUSIYYƏTILƏ TANINIRDI. BELƏ KI, XURMA INSANA GÜC, DÖZÜMLÜLÜK GƏTIRIR, KIŞI PATENSIYASINI ARTIRIR. XURMA ÜRƏK, BÖYRƏK, QARACIYƏRI MÖHKƏMLƏNDIRIR, BAĞIRSAQDA FAYDALI BAKTERIYALARIN INKIŞAFINA YARDIMÇI OLUR, ORQANIZMI INFEKSIYALARA QARŞI DAYANIQLI EDIR. XURMA, HƏMÇININ ANEMIYA, HIPERTONIYA, DÖŞ VƏ AĞ CIYƏR, ÖSKÜRƏYƏ FAYDALIDIR. XURMA QADINLARA HAMILƏLIK, DOĞUŞ VƏ UŞAQ ƏMIZDIRMƏ ZAMANI XÜSUSILƏ FAYDALIDIR. XURMA DOĞUŞU ASANLAŞDIRIR, ORQANIZMIN SÜD HASIL ETMƏSINƏ YARDIMÇI OLUR.

HAZIRDA ƏRƏBLƏR XURMADAN KOMPOT, KISEL, MÜXTƏLIF QƏNNADI MƏMULATLARI HAZIRLAYIRLAR. XURMANI UNA ÇEVIRMƏK VƏ ONDAN BAL, TURŞUDUB DADLI IÇKI DƏ ALMAQ OLAR.


XURMA PƏHRIZI

XURMA PƏHRIZI BU GÜN ÇOX POPULYARDIR. ONUN KIM TƏRƏFINDƏN DÜŞÜNÜLDÜYÜNÜ DEMƏK ÇƏTINDIR. AMMA BIR ŞEY FAKTDIR KI, XURMA HƏKIMLƏR TƏRƏFINDƏN HAMIYA MƏSLƏHƏT GÖRÜLÜR: DIABET XƏSTƏLƏRINƏ, HAMILƏ QADINLARA, UŞAQLARA. BU QRUP INSANLARA ADI ŞIRNIYYATLARI YEMƏK MƏSLƏHƏT DEYIL. PƏHRIZ 10 GÜN ƏRZINDƏ TUTULUR. İLK 4 GÜN ANCAQ XURMA YEYILMƏLIDIR. 5-CI GÜNDƏN ETIBARƏN SON 10-CU GÜNƏ QƏDƏR QIDA RASIONUNA ƏLAVƏ MEYVƏLƏR - ALMA, ARMUD, PORTAĞAL (ŞIRIN OLMAYANI VƏ SULULARINI SEÇIN) DAXIL EDILƏ BILƏR. MAYE OLARAQ MINERAL SU, SƏHƏRLƏR ÇAY, ACI QƏHVƏ VƏ YAŞIL ÇAY IÇILMƏLIDIR. 10 GÜNDƏN SONRA NORMAL QIDALANMAYA QAYITMAQ OLAR, AMMA HƏDDINDƏN ARTIQ YEMƏMƏK ŞƏRTILƏ. 7 GÜNDƏN SONRA ISƏ PƏHRIZI TƏKRAR SAXLAMAQ OLAR.

PƏHRIZ XURMA YEMƏYƏ HEÇ BIR MƏHDUDIYYƏT QOYMUR. AMMA ÇOX YEMƏK DƏ MƏSLƏHƏT DEYIL. XURMANIN ELƏ SPESIFIK DADI VAR KI, PƏHRIZIN ILK VAXTLARINDA ƏN SEVIMLI ŞIRNIYYATINIZ OLAN XURMA PƏHRIZIN SONLARINA DOĞRU BELƏ OLMAYA BILƏR.


PƏHRIZIN EFFEKTIVLIYI

QURU XURMADA 70% ŞƏKƏR OLUR KI, BU DA ISTƏNILƏN MEYVƏ ILƏ MÜQAYISƏDƏ ÇOXDUR. BELƏ BIR SUAL YARANA BILƏR KI, BU FAIZDƏ ŞIRIN OLAN MEYVƏ INSANI NECƏ ARIQLADA BILƏR. CAVAB SADƏDIR: XURMANIN HƏDDINDƏN ARTIQ ŞIRIN OLMASINA SƏBƏB TƏRKIBINDƏKI BEYIN IŞI ÜÇÜN ÖNƏMLI OLAN FRUKTOZA VƏ QLÜKOZADIR. BUNLAR TƏBII ŞƏKƏR OLDUĞUNDAN, SAXAROZA (SÜNI ƏLDƏ OLUNAN ŞƏKƏR) ILƏ MÜQAYISƏDƏ DAHA FAYDALIDIR. XURMA ÇOX KALORILI MEYVƏDIR: 100 Q QURU XURMADA 280 KALORI VAR KI, BU DA PƏHRIZ ƏRZAĞI ÜÇÜN ÇOXDUR. HƏMÇININ 100 Q XURMADA 70 Q KARBOHIDRAT VAR. KARBOHIDRAT BEYNI QLÜKOZA ILƏ TƏMIN EDIR VƏ ADI PƏHRIZLƏRDƏ OLAN BAŞAĞRISININ QARŞISINI ALIR. BUNDAN BAŞQA, XURMADA HEÇ ZÜLAL OLMADIĞINDAN, PƏHRIZ ƏZƏLƏ TOXUMASININ QURUMU VƏ ƏLAVƏ MAYEDƏN AZAD OLMAQ ÜÇÜN AŞAĞI EFFEKTIVLIDIR. PƏHRIZIN ƏSAS ÜSTÜNLÜYÜ XURMANIN TEZ HƏZM OLUNMASIDIR. ONLAR ORQANIZMI ZƏIFLƏMƏDƏN QORUYARAQ ENERJI ILƏ TƏMIN EDIR VƏ PIYƏ ÇEVRILMƏDƏN TEZ HƏZM OLUNUR.

QURU XURMA YAPIŞQAN SƏTHƏ MALIK OLDUĞUNDAN ÜZƏRINƏ BAKTERIYALAR HOPUR. ONA GÖRƏ XURMANI UZUN MÜDDƏT AÇIQ HAVADA SAXLAMAQ OLMAZ, YEMƏMIŞDƏN ÖNCƏ DƏ YUYUN.

BUNDAN BAŞQA, XURMANIN TƏRKIBINDƏ XOLESTERIN OLMADIĞINA GÖRƏ ƏLA PƏHRIZ MEYVƏSI HESAB EDILIR. XURMANIN TƏRKIBINDƏKI FTOR DIŞLƏRI KARIYESDƏN QORUYUR, SELEN - XƏRÇƏNG VƏ ÜRƏK XƏSTƏLIYI RISKINI AZALDIR, IMMUN SISTEMINI GÜCLƏNDIRIR.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » XURMANIN FAYDALARI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...