ÇƏRŞƏNBƏ AXŞAMI, 2021-12-07, 9:19 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SOBADA QIZDIRILMIŞ KARP BALIĞI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » SOBADA QIZDIRILMIŞ KARP BALIĞI
SOBADA QIZDIRILMIŞ KARP BALIĞI
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-30, 1:51 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Sobada qızardılmış Karp balığı

Ərzaqlar
• 1-1,5 kq çəkidə karp
• 1-2 ədəd göy soğan
• 150-200 qram şampinyon göbələyi
• 1 ədəd pomidor
• 1 x.q. limon şirəsi
• cəfəri
• bitki yağı
• duz, istiot

Hazırlanma qaydası
Karp balığını təmizləyib, yuyub, qarın hissəsindən kəsib, içini çıxarın. İçini təmiz yuyandan sonra salfet ilə qurulayın. Balığın üzərinə limon şirəsi səpib 15-20 dəqiqə ərzində saxlayın. İçi hazırlamaq üçün:
Göy soğanı təmizləyib halqa formasında kəsib, tavada bitki yağında qızardın. Sonra xırda-xırda doğranılmış şampinyon göbələklərini üzərinə əlavə edib 5 dəqiqə ərzində qızardın. Sonra üzərinə duz və istiot səpin. Hazır olan içi soyumağa qoyun.
Karp balığını yağlanmış qaba yerləşdirib, balığın hər tərəfini duz və istiotla sürtün. Balığı içlə doldurandan sonra onu səliqəli formada xüsusi çubuqlarla bağlayın. Balığın dərisini bitki yağı ilə yaxşıca sürtün.
Pomidoru halqa formasında kəsib, üzərinə duz və bitki yağı səpib, balığın üzərinə yerləşdirin. Üstünə cəfəri göyərtisi də qoymaq olar.
Sonra 180 dərəcə qızdırılmış sobada 45-60 dəqiqə ərzində bişirin. Balığin bişməyi onun çəkisindən asılıdır.
Balıq bişəndən sonra onu 10 dəqiqə ərzində soyumağa qoyun. Süfrəyə verərkən balığı göyərti və tərəvəzlərlə bəzəyin.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » SOBADA QIZDIRILMIŞ KARP BALIĞI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2021. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...