Qızıl balıq və almalı qəlyanaltı
Ərzaqlar
• 400 qram qızıl balıq
• 2 ədəd alma
• 2 ədəd bibər
• 30 ml bitki yağı
• Yaşıl soğan
• Duz
Hazırlanması
Balığı sümükdən təmizləyib dərisini soyub, iri-iri doğrayıb duzlayın. Sonra tavada bitki yağında qızardın. Almaları dilimləyin, bibərlərin tumunu çıxarıb çox da böyük olmayan hissələrə ayırın.Yaşıl soğanı xırda-xırda doğrayın. Üzərinə yaşıl soğan səpilmiş balıq, alma və bibərləri salat boşqabına yerləşdirin.