Praqa şorbası
Lazım olan ərzaqlar
• 80 q-xardal
• 1 l-toyuq bulyonu
• 2 ədəd-baş soğan
• 1/2 stəkan-ağ şərab
• 200 q-kərəviz
• 2 ədəd-kök
• 4 ədəd-kartof
• 1 dəstə- cəfəri
• 1/3 ədəd-limon
• 60 qram-kərə yağı
• 1/2 stəkan-un
• 200 ml-qaymaq
• Kartoflu və sarımsaqlı çipsilərdən ibarət çox da böyük olmayan bağlama
Hazırlanması
Yuyulmuş kök, kartof, kərəviz və soğanı iri -iri doğrayın. Kərə yağını qazanda əritdikdən sonra oraya un əlavə edərək, onu qızardın. Bunun da üzərinə 1 l toyuq bulyonu və şərab tökün. Həmin qarışığı vam odda qaynama həddinə çatdırın və 5 dəqiqə bişirin. Sonra doğranmış tərəvəzləri bulyonun qalan hissəsində bişirməkdə davam edin. Həmin tərəvəzlər bişəndən sonra onları blendirdən keçirin. Bişirdiyiniz şorbanın üzərinə limon şirəsi və xardal əlavə edin. Xörəyi süfrəyə qaymaq və çipsilərlə verin.