Marinada qoyulmuş şnisel
Tərkibi
* Dana əti şnisel
* 1 baş soğan
* Mayonez
* 1 pomidor
* limon soku
* duz, istiot
Hazırlanması
Əvvəlcə şnisel ət yuyulur və bir qədər döyülür. Ət hər iki tərəfdən duzlanır, istiotlanır, mayonez çəkilir, sonra ətə limon suyu əlavə edilib marinada qoyulur. Ət marinadda nə qədər çox qalarsa, bir o qədər ləzzətli və yumşaq olar. Marinada qoyulmuş əti soyuducudan çıxarıb hər ii tərəfi ya unlanır, ya da xırdalanmış çörək qırıntılarına batırılaraq tavada qızardılır. Bundan sonra qızardılmış ət qazana qoyulur, üzərinə doğranmış soğan, pomidor və azca bulyon qoyularaq 5-10 dəqiqə vam ocaqda bişirilir. Bişdikdən sonra göyərti ilə bəzədilir.