CÜMƏ, 2020-08-07, 4:10 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ DOŞAB - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » DOŞAB
DOŞAB
Nariman_QahramanliTARİX: BAZAR, 2010-09-26, 12:35 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Doşab

Doşab – çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye.

Ümumi məlumat
Doşab müxtəlif çeşidli meyvələrdən hazırlanır.Tut doşabı bu doşablar arasında ən yaxşısıdır. Üzüm, xurma və digər meyvələrdən də doşab hazırlanır.

Doşab təbabətdə
Doşab təkcə iştah artırmaq üçün deyil, həm də çoxlu sayda müalicəvi əhəmiyyətlərə malikdirlər. Sadəcə olaraq, hansı məhsuldan hazırlanmış doşabın keyfiyyətləri haqda məlumat almaqla onlardan dərman kimi necə istifadə etməyi də öyrənmək olar.
Üzüm doşabı bədəni yumşaldır, istilik və quruluq verir, sinə və qaraciyər üçün münasib sayılır.
Xurma doşabı bədənə rütubət və istilik verir, qan yaradır, insanı kökəldir. Təzə süd və badam ilə qatışdırıb yedikdə daha faydalıdır, ürək döyüntüsünü və zəifliyi aradan qaldırır. Zəfəran qatılmış xurma doşabı əhval-ruhiyyəni yaxşılaşdırır, əncir və güldəfnə ilə xronik öskürək və sinə ağrısı üçün faydalıdır, arpa suyu ilə qarışdırıb içdikdə böyrək daşının parçalanmasına kömək edir, sidikqovucu təsir göstərir. Onun qaynanmışından gülxətmi ilə düzəldilən təpitmə şişləri yatırır və çibanı deşir. Çox işlətmək qana ziyandır.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » DOŞAB
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...