CÜMƏ, 2020-08-07, 3:25 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BAL - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » BAL
BAL
Nariman_QahramanliTARİX: BAZAR, 2010-09-26, 12:31 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Bal

Bal - arılar tərəfindən bitkilərdən toplanan, şəfaverici təsiri çox güclü olan bir qidadır.
Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır, insana enerji verir, iradəni möhkəmləndirir, ovqatı yaxşılaşdırır, bədəni gümrahlaşdırır, cavanlığı qoruyub saxlayır, ömrü uzadır.

Balın əhəmiyyəti
Balda orqanizmdən ötrü ən zəruri qida maddələri var
Təbii bal ayrı-ayrı bitkilərin çiçəyindən arılar vasitəsilə çəkildiyinə görə onda orqanizmdən ötrü ən zəruri qida maddələri var. Odur ki, bal yeməklə bədəni çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olan baldır. Təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesini sürətləndirməsində özünü büruzə verir.
Balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Baldan mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Bal bədənə istilik verməklə bərabər sidikqovucu və quruducu xassəyə malikdir. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini oyadır, zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırır.
Orta əsrlərin məşhur alimi Əbu Əli ibn Sinanın nəsihəti bu gün də qüvvəsindədir: "Ey insan övladları! Əgər gənclik, cavanlıq təravətini daim saxlamaq və uzun ömür sürüb sağlam qalmaq istəyirsinizsə, müntəzəm olaraq ulu Tanrının göndərdiyi ölümsüzlük rəmzi bal yeyin!"

Bal mətbəxdə
Baldan qoz, badam, quru meyvə, ədviyyat, buğda unu və sair əlavələr etməklə bir sıra xörəklər hazırlanır. Bal uşaq qidasını şirinlətmək və xoş dadlı etmək üçün də əsas vasitədir. Bal səhərlər kərə yağı və qaymaqla ən ləzzətli qida hesab edilir. Bundan başqa təbii baldan şərbətlər, sıyıqlar, halvalar və digər qənnadı desert xörəkləri hazırlamaq olur. Bal şərbəti ilə limon şirəsinin və alma sirkəsinin xüsusi əhəmiyyəti var.

Qurani-Kərimin "Nəhl" surəsi
Qurani-Kərimin "Nəhl" surəsinin 68-ci və 69-cu ayələrində buyurulur: "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!.. (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət var!"
Balın insan oğlunun ağlına sığmayan sirli hikmətlərini anladan Məhəmməd Peyğəmbər (s.ə.s.) Allahın arıya bal emal etdirməsini müqəddəs kitabımızın nazil olmasına bərabər tutub: "Siz, ey hümmətim, iki şeyə üstünlük verin: Qurana və bala".

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » BAL
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...