CÜMƏ AXŞAMI, 2024-04-25, 1:20 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ATLAMA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » ATLAMA
ATLAMA
Nariman_QahramanliTARİX: BAZAR, 2010-09-26, 12:21 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Atlama

’’’Atlama’’’ - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir.

Tərkibi
Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:
qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun.

Hazırlanma qaydası
Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranıda deyilir. Müasir dövrdə atlamanı elektirk mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramaca hazırlamaq üçün də istifadə edilir.

 
FORUM » MƏDƏNİYYƏT » MƏTBƏX » ATLAMA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...