CÜMƏ, 2024-04-19, 4:01 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ ATƏŞGAH - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » ATƏŞGAH
ATƏŞGAH
Nariman_QahramanliTARİX: BAZAR, 2010-09-26, 9:56 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Atəşgah

Atəşgah - qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsi əbə¬di od¬la¬rın yandı¬ğı yer ki¬mi qeyd edi¬lib.
Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.[1]

Atəşgahın tarixi və memarlıq üslubu
Abidə dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında olub, hazırda hər tərəfdən onların əhatəsindədir. Abidənin tikildiyi yerin relyefi düzənlikdir. Hücrələr və ibadətgah XVII-XIX əsrlər ərzində müxtəlif vaxtlarda tikilmişdir. Hücrələr XVII əsrin sonlarında ümumi hasara alınmışdır. "Atəşgah" Bakıda yaşayan üzvlərinin əksəriyyəti şimali Hindistandan çıxmış və sinkhlər kastasına mənsub olan hind icması tərəfindən inşa edilmişdir. Karvansaranı xatırladan bütün tikili planda qapalı beşguşə formasında olub, vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir. Qapalı beş guşəli divarların əmələ gətirdiyi həyətin ortasında rotonda şəkilində ibadətgah var. Onun ortasındakı quyudan məbədin gümbəzin dörd küncü üzərində də yanan qaz (metan) çıxardı. Məbəd özü hər tərəfdən açıq olan dördbucaqlı tikilidən ibarətdir. Məbədin Balaxanıya baxan şimal divarındakı tağın üstündə hind dilində kitabə quraşdırılmışdır. Hücrələrin girişi üzərində hind dilində kitabələr həkk olunmuşdur. İyirmi belə kitabədən biri farscadır. Məbədin şimal-şərq tərəfdən yaxınlığında, hazırda tamamilə daşla doldurulmuş dördkünc çala var. Vaxtilə burada ölmüş hindlilərin cəsədləri "müqəddəs od"da yandırılırdı. Cənub-şərq tərəfdə isə yenə də daşla doldurulmuş su quyusu var. Suraxanı "Atəşgah"ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı göründüyü kimi, bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.
Məlum olduğu kimi, Bakı bölgəsi hələ erkən orta əsr mənbələrində əbədi odların yandığı yer kimi qeyd edilmişdir. Bu haqda ilk məlumata V əsr Bizans müəllifi Panili Priskdə rast gəlinir. Abşeron yarımadasında - Pirallahı adasında, Suraxanı kəndində, Bakı buxtasında. Şubanı dağında yanar qaz çıxmasını orta əsr erməni, VII-X əsrlər ərəb müəllifləri-Əl-Istəxri, Məsudi və b. daha sonrakı dövr Şərq və Qərbi Avropa mənbələri də göstərmişlər. Təsadüfi deyil ki, İçəri Şəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştlərin məbədgahının yerində tikilməsi haqqında rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. IX əsrdən başlayaraq və sonralar ərəb, fars və türk mənbələrində Bakı və onun ətrafından atəşpərəstlərin yaşadığı əbədi odlar şəhəri kimi danışırlar.
ܬmu¬miy¬yət¬lə, Atəş¬gah plan qu¬ru¬lu¬şu¬na gö¬rə şə¬hər kar¬van¬sa¬ray¬la¬rı¬na ox¬şa¬yır. Abi¬də me¬mar¬lıq üslubuna gö¬rə hə¬lə Mi¬di¬ya döv¬rün¬dən Azər¬bay¬can¬da ya¬yıl¬mış od səc¬də¬gah¬la¬rı¬nın ti¬kin¬ti ənənələrini əks et¬di¬rir. La¬kin o, özün¬də bə¬zi hind mə¬bəd¬lə¬ri¬nin əla¬mət¬lə¬ri¬ni sax¬la¬yıb.

Atəşgah - zərdüştlərin ibadətgahı
Bi¬zans dip¬lo¬ma¬tı Prisk ya¬zır¬dı: «Mi¬di¬ya¬ya bas¬qın edən hun¬lar ge¬ri qa¬yı¬dar¬kən baş¬qa yol¬la döndülər və də¬niz¬də¬ki qa¬ya¬dan yük¬sə¬lən alo¬vun ya¬nın¬dan ötə¬rək və¬tən¬lə¬ri¬nə qa¬yıt¬dı¬lar». Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni Zərdüşt dininə sitayiş edirdi. Hətta qədim Azərbaycan dövləti olan Atropatenanın dövlət dini Zərdüşt dini olub. Bu baxımdan a¬təş¬pə¬rəst¬lə¬rin qə¬dim abi¬də¬lə¬rin¬dən bi¬ri Azər¬bay¬can¬da yer¬lə¬şir. Atəş¬gah adlanan bu ta¬ri¬xi abi¬də Su¬ra¬xa¬nı¬da¬dır. Bu¬ra öz odu-alo¬vu ilə atəş¬pə¬rəst¬lə¬rin ən mü¬qəd¬dəs ziarətga¬hı hesab edilirdi. On¬lar dünyanın ən müx¬tə¬lif öl¬kə¬lərin¬dən oca¬ğa zi¬ya¬rə¬tə gə¬lir¬dilər. Məbədin ka¬hin¬lə¬ri mü¬qəd¬dəs alo¬vu gün ər¬zin¬də tez-¬tez yox¬la¬yıb onu sön¬mə¬yə qoy¬mur¬du¬lar. Bu ənənə ərəb is¬ti¬la¬sı¬na qə¬dər da¬vam et¬di¬. Ə¬rəb¬lə¬rin Azər¬bay¬ca¬nı is¬ti¬la¬sın¬dan, əha¬li¬nin is¬la¬mı qə¬bul etmə¬sin¬dən son¬ra zər¬düşt¬lə¬rin iba¬dət¬ga¬hı unu¬dul¬du. Zər¬düşt di¬nin¬dən dön¬mək is¬tə¬mə¬yən¬lər isə təqib edil¬di¬yin¬dən öl¬kə¬ni tərk et¬di¬lər. Nə¬ti¬cə¬də iba¬dət¬gah ba¬xım¬sız¬lıq¬dan uçub da¬ğıl¬dı.
Hindlilər tərəfindən atəşgahın yenidən ziyarətgaha çevrilməsi
Suraxanıda oda sitayiş XV əsrdən sonra Hindistanla iqtisadi və mədəni əlaqələrin inkişafı ilə əlaqədar yenidən başlamışdır. Hindistanla hələ qədimlərdən əlaqələr mövcud olmuşdur. Bunu Azərbaycanın bir sıra rayonlarında və Abşeronda "kauri" balıqqulağının tapılması da göstərə bilər. Bu balıqqulağı Xəzər faunasına mənsub deyil. Hind okeanında və digər ölkələrdə təsadüf edilən həmin balıqqulağından qədim dövrlərdə mübadilə vasitəsi, pul-sikkə kimi istifadə olunurdu. Mingəçevirdə və Azərbaycanın digər yerlərində Tunc dövrünə və erkən orta əsrlərə aid çoxlu kauri tapılması Azərbaycanın Hindistanla, ehtimal ki, Iran vasitəsilə ticarət əlaqələrinin mövcudluğuna dəlalət edir. Hindistanla iqtisadi və mədəni əlaqələr orta əsrlərdə xüsusilə güclənmişdi. Rusiyadan Çinə qədər bütün torpaqların monqol hakimiyyəti altında birləşdiyi XIII əsrdən etibarən beynəlxalq ticarət üçün şərait yaranması ilə bağlı olaraq Azərbaycanın uzaq ölkələr - Hindistan və Çinlə əlaqələri xeyli genişləndi. XV ərdə Bakıda, Şamaxıda, Təbrizdə və Azərbaycanın digər şəhərlərində hind tacilərinin koloniyaları mövcud olmuşdur. Bu şəhərdə onların öz karvansaraları var idi. Köhnə Bakı qalasında (İçəri şəhərdə) XV əsrə aid Multanı hind karvansarası bu günədək qalmışdır. Başlıca olaraq, Şirvanda, Şamaxıda, Ərəşdə və digər yerlərdə istehsal olunan xam ipək alan hind tacirləri Azərbaycanda XV əsrdə və sonralar ticarət etmişlər. Mənbələrdə XVIII əsrdə Hindistandan Bakı yaxınlığındakı Suraxanıya əbədi oda sitayiş üçün hind zəvvarlarının gəldiyi qeyd edilir. XVIII əsrdə varlı hind tacirləri Suraxanıda nadir abidə-od məbədi və hindli zəvvarlar üçün hücrələr tikdirdilər. Atəşgahda yaşayan guşənişin oda səcdə edir, tərki-dünya (asket) həyat tərzi sürərək, ruhlarını xilas və bədənini tələf etməyə çalışırdılar. Atəşgahdakı kitabənin oxunması Suraxanı atəşpərəstlərin hind mənşəli olmasını, eləcə də, hücrələrdən, karvansaradan və ibadətgahdan ibarət olan Atəşgahın ən yüksək tərəqqiyə çatdığı XVIII əsr ərzində müxtəlif vaxtlarda tikildiyini dəqiq müəyyənləşdirir. Hücrələr XVIII əsrin sonlarında ümumi hasara alınmışdır. Məbəd bu günədək həmin şəkildə qalmışdır. Şardenin məlumatına görə, XVIII əsrin 60-cı illərində Suraxanı od məbədinə həm gəbr-pars, həm də hindli atəşpərəstlər gəlirdilər. Atəşgahın 8 saylı hücrəsindəki farsca tərtib olunmuş kitabə 1745-ci ildə burada iranlı zərdüştlərin od məbədi olduğunu göstərir. 1950-ci ildə hind alimi C.M.Unvala Atəşgahdakı 16 kitabənin, o cümlədən farsca kitabənin, özünün təklif etdiyi müxtəsər oxunuşu ilə, fotoşəkilini dərc etdirmişdir. 1963-cü ildə M.S.Nemətova həmin kitabənin oxunuşunu və tərcüməsini dərc etdirərək, mənzum mətnin mənasını başa düşmədən bəzi sözlərin (onların bəziləri - badek, sad, zu, sənaməd düzgün oxunmamışdı) tərcüməsini vermişdir. Farsca kitabənin təqdim etdiyimiz oxunuşunda və tərcüməsində biz kitabənin ümumi məzmununa istinad etmiş və formasını nəzərə almışıq:
• 1.Atəşpərəstlər çılpaq dağlar kimi cərgəyə düzülmüşlər.
• 2.İsfahanlı Badek (Badükubə, yəni, Bakı) şəhərinə çatdı.
• 3.O dedi: qoy, mehmannavaz məbədə yeni il uğurlu gəlsin.
• 4.(onun) mənzili (yatağı) səki oldu. Qız bürcü (şəmsi İran ilinin altıncı ayına uyğun gələn zodiak işarəsi), 1158-ci il (eramızın 1745-ci ilinə müvafiqdir).
Kitabə üçüncü şəxsin adındandır. Birinci misrada - "Atəşpərəstlər çılpaq dağ kimi cərgəyə düzülmüşlər" - kitabə müəllifinin məbəddə gördüyü cərgəyə düzülmüş lüt hindlilərin onda oyatdığı ilk təəssüratı verilmişdir. İkinci misrada müəllif özü haqqında danışır. İranın İsfahan şəhərindən gəldiyini və Badek şəhərinə çatdığını bildirir. Məlumdur ki, XVIII əsr Şərq mənbələrində Bakının adı Badükubə kimi yazılırdı. Şerin qafiyəsini saxlamaq üçün Badükubə sözü ixtisar şəklində - Badek kimi yazılmışdır. İranlı zərdüşt Bakıya, yəni Suraxanıya yeni ildən sonra gəlmişdir. Bu, kitabənin qonaqcıl məbədə xeyir-dua verilən üçüncü misrasından aydın olur. Dördüncü misradakı "rəf" sözündə yer çatmadığından nöqtə "f" hərfindən bir qədər sağda qoyulmuşdur və buna görə də əvvəlki müəlliflər tərəfindən heç bir mənası olmayan "zu" kimi yanlış oxunmuşdur. Dördüncü ibarə - "(onun) mənzili (yatağı) səki oldu" - hücrələrində çarpayı əvəzinə daş səkilər olan zəvvarların məişət şəraitini dəqiq göstərir. Sonrakı "snabəl" sözü Qız bürcünü, yə'ni şəmsi İran ilinin altıncı ayına müvafiq gələn zodiak işarəsini bildirir və aşkara eramızın 1745-ci ilinə uyğun gələn 1158-ci ildə həkk olunmuşdur. Bu kitabə göstərir ki, zərdüşti gələr öz ibadətgahlarını unutmamış və həmin ibadətgah artıq bir neçə əsrdən bəri hindlilərin od məbədinə çevrilsə də, əsrlər boyu onu ziyarət etmişlər. Suraxanı Atəşgahının beş kitabəsi V.M.Sısoyev tərəfindən Hindistana göndərilmiş və orada oxunmuşdur. Həmin kitabələr ingilis dilindən rus dilinə tərcümə olunaraq 1946-cı ildə dərc edimişdir. İngiltərə səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd etmişdir. Onlardan on beşi ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu 1827-ci ilə aiddir. Kitabələrdə hücrələrə yardım göstərmiş şəxslərin adları xatırlanır. Onlar sanskrit sözləri qarışmış hind dilindədir. Kitabələrin bəziləri qurmukhi, bəziləri isə naqari şrifti ilə yazılmıdır. Atəşgahda yaşayan hindlilərin çoxu Hindistanın şimalından -Lahordan, Tenessirimadan, Kaçbudidən, Multandan və i.a. gəlmişdilər və hind dilində danışrdılar. Həmvətənlərinin - hind tacirlərinin, xüsusilə Salyan balıq vətəqələrini icarəyə götürmüş Sobr Maqundacın pul yardımından istifadə edən hindlilər günlərini rahatcasına müqəddəs odu sakit-sakit seyr etməklə keçirirdilər. İbadət üçün isə brəhmən var idi. 1860-cı ildə akademik B.Dorn Atəşgahda olmuşdur. Bu zaman məbəddə beş hindli var idi. Yerli Bakı sakinlərindən biri B.Dorna məlumat vermişdir ki, hindlilər dörd təriqətə bölünmüşdülər: birinci təriqətin ardįcılları ölülərini odda yandırırdılar(atəşilər), ikincilər onların külünü küləyə sovururdular (badilər), üçüncülər külü suya axıdırdılar (abilər), dördüncülər meyitləri torpağa basdırırdılar (xakilər). 1880-cı ildə Atəşgahda tək qalmış sonuncu hindli Hindistana gedir.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » ATƏŞGAH
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...