ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-04-16, 3:49 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ KARVANSARALAR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » KARVANSARALAR
KARVANSARALAR
Nariman_QahramanliTARİX: BAZAR, 2010-09-26, 9:38 AM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Buxara karvansarası

İçəri şəhərdə yerləşən qədim tarixi abidələrdən biri də Buxaradır. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib. Şərq ölkələrindən gələn tacirlər müvəqqəti sığınacaqlara ehtiyac duyduqlarından, əsasən bu möhtəşəm karvansarada istirahət edərdilər. Elə tikilinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olan Buxaradan götürülüb. Bu karvansara bir mərtəbəlidir. Ehtimal olunur ki, tikilinin digər mərtəbəsi yerin altında qalıb. Belə ki, Şərq karvansaralarının özünəməxsus memarlıq quruluşu olub. Adətən 2 mərtəbəli inşa olunan tikilinin alt mərtəbəsindən anbar kimi istifadə edilib. Yuxarı mərtəbədə isə qonaq otaqları və tacirlərin heyvanlarını saxladıqları yerlər inşa edilib. 17 otaqdan ibarət olan Buxara karvansarasının ən özəl xüsusiyyəti isə onun dairəvi formada olmasıdır.
Karvansaranın həyətinin mərkəzində bütün Şərq karvansaralarında olduğu kimi hovuz yerləşir. XV əsrdən bu günə qədər olduğu kimi qorunub saxlanılan hovuz insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Burda sistem elə quraşdırılıb ki, suyun hara və necə axıb tökülməsi hələ də müəyyən edilməyib. Karvansaranın divarlarını qədim Azərbaycan xalçaları, kilimlər, bəzək əşyaları, Bakını təsvir edən rəsmlər bəzəyir. Burda əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.
Hazırda dövlət başçısının müvafiq sərəncamına əsasən burda bərpa işləri davam etdirilir.

Gülüstan karvansarası

Bu memarlıq abidəsi Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir. Gülüstan karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmiryolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Gülüstan karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m. olan Gülüstan karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü 13-cü əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Gülüstan karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır.

Multani karvansarası

Multani karvansarası XIV əsrdə hind tacirləri tərəfindən tikilib. Tikilinin aşağı mərtəbəsi yerin altında yerləşir. Üç böyük zaldan ibarət olan və tacirlərin satacaqları heyvanları saxlamaq üçün nəzərdə tutulan alt mərtəbənin üç qapısı var. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından, salonun digər qapısından yalnız tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərmişlər. Alt mərtəbənin digər zalının qapısı Qız qalasına açılır. Karvansarada "Sim-sim" adlanan zalın eyniadlı qapısı da qeyri-adi təsir bağışlayır. Ona görə ki, qapı "Əlibaba və qırx quldur" filmindəki məşhur "Sim-sim" qapısını xatırladır. Multani karvansarası öz qədimliyini demək olar ki, olduğu kimi qoruyub saxlayıb. Sadəcə, daşlar bir qədər ovulub tökülüb. Divarlarda qədim Azərbaycan xalçaları, bəzək əşyaları, xalça və kilimlər, qədim Bakını təsvir edən rəsmlər asılıb. Burada isə əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.
Zallara bir az müasirlik gətirən stol-stullar, kreslo və divanlardır. "Sim-sim" zalının girişindəki kiçik dəhlizdə diqqəti çəkən mənzərə Pakistan prezidenti Pərviz Müşərrəfin karvansaraya bağışladığı hədiyyələrdir. Hədiyyələr saxlanılan dolabın üzərində "Pakistanın Multani şəhərindən mətbəx ləvazimatları" yazılıb. Hədiyyələr keramik stolüstü lampa, gül vazası, keramik kassa və piyalə, keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, güzgüdən ibarətdir.
Orta əsrlərdə karvansaraya gələn tacirlər öz heyvanlarını yerləşdirdikdən sonra digər zala keçib pilləkənlə yuxarı - qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən ikinci mərtəbənin həyətinə çıxır. Həyətdə qonaq otaqları yerləşir. Multani karvansarası 10 otaqdan ibarətdir. Maraqlıdır ki, bəzi əşyaları çıxmaq şərti ilə otaqlar da öz qədimliyini olduğu kimi qoruyub saxlayıb.
Multani karvansarası 70-ci illərdən "Restoran-karvansara kompleksi" adı altında fəaliyyət göstərir. Hazırda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

Qaraçı karvansarası

• Abşeron rayonunun,Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir.Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir.XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb.Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.
• Karvansarada qonaq və xidmətçilər üçün otaqlar,təsərrüfat binaları var.Qaraçı karvansarası əhəng daşından tikilib.Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb.Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.

Səlim keçidi karvansarası

Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranı "erməni milli memarlıq abidəsi" kimi nəşr etdiriblər (Arutunyan V. M, Yerevan, 1984 il). (bax. KGPA, t.III, № 991, s. 62). Həmin yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya İbn Məhəmməd türbəsinin (vəf. 1305 il) qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə, qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Məcdəddinin adı yazılıb. Abidənin içərisində erməni dilində divara bir yazı qoyulub. Bu yazıda olan mətnlə qapının üzərinə hörülən yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki, “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı verib və ərəbcə yazını qapının üzərinə qoyublar. Halbuki ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülüb. Maraqlısı odur ki, ermənilərin çap etdikləri bukletdə də karvansara Səlim karvansarası adı ilə çap olunub. İstər-istəməz belə bir sual meydana çıxır, əgər bu, erməni milli-mədəni abidəsidirsə, niyə ermənilər bunu "tatarlar" adlandırdıqları kimi adlandırırlar?

Uğurlu bəy karvansarası

Karvansara 17-ci əsrin əvvəllərində memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Hazırda bina Gəncənin Əlibəy Hüseynzadə küçəsində yerləşir.

 
Nariman_QahramanliTARİX: BAZAR, 2010-09-26, 9:49 AM | Message # 2
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qarğabazar karvansarası

Füzuli rayonundakı abidələrdən biri də Qarğabazar karvansarasıdır. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də pоçt-rabitə məqsədi üçün də gеniş istifadə оlunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vеrmiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş. Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sоsial-mədəni həyatının inkişafında karvansaraların rоlu əvəzоlunmaz idi. Mənbələrdən məlum оlur ki, bütün оrta əsrlər bоyu Şərqi Qərb ölkələri ilə birləşdirən Azərbaycandan kеçən karvan yоlları və bu yоllar üstündəki karvansaralardanbu məqsədlə müntəzəm surətdə istifadə оlunmuşdur. Müasir dövrümüzə qədər gəlib çatmış оlan XVII yüzilin yadigarı оlan Qarğabazar kəndindəki karvansara da еlə bu qəbildəndir. Bu da təbiidir. Çünki kənd Xudafərin körpüsündən kеçən Şəki-Qarabağ-Hindistan və s. istiqamətli ipək ticarəti üçün çоx əhəmiyyətli оlan qədim karvan yоlu üzərində yеrləşir. О kəndin mərkəzində çоx da hündür оlmayan təpənin döşündə (еni 23,67, uzunu 34,70) inşa оlunmuşdur. Еlmi mənbələrdə оnun tikilmə tarixi 1681-ci il göstərilsə də, karvansaranın mеmarı məlum dеyil. Giriş fraqmеntdən göründüyü kimi, karvansaranın partalının birinci yarımdairə tağbənd ilə оndan nisbətən böyük оlan ikinci оxvari tağbəndləri arasında xüsusi şəkildə yеrləşdirilmiş üç ədəd kvadrat fоrmalı daşlardan kənardakılar üzərində zооmоrf və həndəsi оrnamеntlər işlənmişdir. Həmin daşların arasındakı nisbətən böyük daşın üzərində isə karvansara mеmarının adı və tikilmə tarixi həkk оlunduğu güman еdilir. Lakin biz оrada tədqiqat işləri aparanda şəkildə göründüyü kimi, Hеç bir yazı nümunəsi qalmamışdır. Bu məsələ ilə əlaqədar yеrli yaşlı sakinlərin dеdiyinə görə burada dоğrudan da əski əlifba ilə yazılmış yazı nümunəsi оlmuşdur Bəli, indi bizə məlum оlur ki, əsrlərlə bütün Qarabağ abidələrinin başına min bir оyunlar açan və оnların gözəl mеmarlıq bəzəkləri içərisinə öz xaçlarını çоx böyük ustalıqla həkk еdən еrməni «sənətkarları» bütün Qarabağda analоqu оlmayan Qarğabazar karvansarasının kitabəsinə də bu niyyətlə yanaşmış, lakin xaçı həkk еtməyə vaxt çatmadığından yazını tamamilə məHv еtməklə kifayətlənmişlər. Ümumi uzunluğu 37,70 m, еni isə 23,67 mеtrə çatan bu karvansaranın plan və mеmarlıq həlli mərkəzdən kеçən оxa simmеtrik həll оlunaraq ümumi kоnstruksiyaya tabе еdilmişdir. Оnun həcm-məkan həllinə də xüsusi diqqət yеtirildiyi açıqca hiss оlunur. ümumi şəkildə baxdıqda karvansara kоmpоzisiyası bütöv bir оrqanizm kimi baxılır. Burada hər bir оtağın öz funksiyası var. Planda düzbucaqlı şəkildə həll оlunmuş karvansara iki böyük ölçülü dəvəlikdən (zal), girişin sağ və sоl tərəflərində gözətçilər üçün iki kiçik оtaqdan, baş tərəfində isə karvansara sahibi və tacirlər üçün altı ədəd kvadrat şəkilli оtaqlardan ibarətdir. Оtaqların qapıları çоx da böyük оlmayan еyvana açılır. Həmin еyvanı mütənasib «qamətli» iki daş sütun və оnları yuxarıdan tamamlayan yarımdairə şəkilli üç ədəd tağbənd bəzəyir. Sütunlar arasında yеrləşdirilmiş daş pilləkənlər ümumi Həyətlə еyvan arasında əlaqə yaradır. Karvansaranın bütün bağlı оtaqları sağ, sоl və arxa tərəflərində yеrləşdirildiyindən оnun mərkəzində üstüaçıq şəkilli gеniş həyət yaranır, bu da isti aylarda еlə buradaca karvanların təhlükəsiz gеcələməsinə imkan vеrir. Girişin sağ və sоl tərəflərindəki gözətçi оtaqları qarşısında tоrpağa batmış iki böyük sal daş diqqəti cəlb еdir. Dеyilənə görə gözətçilər həmin daşlar üstündə dayanaraq karvansaraya daxil оlan karvanların yüklərinə baxarlarmış. Çоx təəssüf ki, sоnralar karvansara önündən kеçən şоssе yоlunun çəkilişi zamanı оnun səviyyəsi xеyli qaldırıldığından yaxınlıqdakı yamaclardan axan sеl suları karvansaranı basmış və nəticədə nəinki giriş, hətta bütün karvansara həyəti lil çöküntüləri altında qalmışdır. Bundan fərqli оlaraq, karvansaranın yanındakı təpənin üstündə tikilmiş məscid binası çоx yaxşı qalmışdır. Maraqlıdır ki, karvansaranın dəvələr saxlanılan hər iki zalında xüsusi kanalizasiya xətləri mövcuddur. Bu da оnu bir daha sübut еdir ki, Qarabağ mеmarlığında kanalizasiya məsələlərinə hələ çоx qədimdən xüsusi diqqət yеtirilmişdir. Ümumiyyətlə, Qarğabazar karvansarasının mеmarlıq həlli Qarabağın Alban dövrünə məxsus оlan mеmarlıq ənənələrini yada salır. Yuxarıda qеyd еtdiyimiz kimi, Qarğabazar kəndinin qədim karvan yоlunun üstündə yеrləşməsi və burada karvansaranın, еləcə də bazarın оlması оnun təsərrüfat və sənətkarlığının inkişafına böyük təkan vеrmişdir.
 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » KARVANSARALAR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...