BAZAR, 2020-07-05, 4:52 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ BUZXANALAR - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » BUZXANALAR
BUZXANALAR
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 4:23 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Buzxana abidəsi (Ordubad)

Buzxana abidəsi - Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi.
XVIII əsrdə yenidən bərpa edilmişdir.

Abidə haqqında
Binanın ümumi sahəsi 166 m2, zirzəmisinin daxili sahəsi 89,4 m2-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə boyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hün. 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir. Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür. Tağtavanların üst hissəsi, kərpic hörgüyə əsasən tağın zirvəsinə yaxın tağtavanın konstruksiyasının dəyişildiyi aydın görünür. Bütün binanın mərkəzi oxu istiqamətdə, tağların baş xətti boyunca xırda tağtavanlarla tamamlanır. Yay aylarında istilərdən qorunmaq məqsədilə yerli əhali yeyinti məhsullarını, şəxsi azuqələrini qorumaq üçün bu binadan istifadə edirmiş.
Buzu almaq üçün qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq, buz halına salınarmış. Buzun əriməməsi üçün onların aralarına saman tökülərmiş. Yay ayları bu buzu buradan sıxarmaq üçün xüsusi adamlar ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar, Ordubad əhalisinin buza olan tələbatını ödəyərmişlər.

Naxçıvan buzxanası

Naxçıvan buzxanası - Azərbaycanın ən böyük buzxanalardan biri.
Naxçıvan buzxanası Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir. Planda düzbucaqlı formada olan buzxananın uzunluğu 20 m, eni 9 m, indiki halda hündürlüyü 9,6 m-dir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının səciyyəvi cəhətlərindəndir. Təxminən hər 3 m-dən bir qurulan çatmavari tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Binanın örtük hissəsinin dağılmasına baxmayaraq, kərpic hörüklərindən görünür ki, tağların yuxarı hissəsində tağbəndlərin konstruksiyası dəyişir və çox güman ki, balaca tağbəndlərlə tamamlanır. Bu balaca tağbəndlər binanın əsas oxu boyu yerləşdirilmişdir. Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (XII-XIV əsrlər) tikildiyini göstərir.

Qədim buzxana

Qədim buzxana - Azərbaycanın İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir. Uzunluğu 12 m, eni 7 m olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında və yalnız üstünün tağı yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənmişdir. Buzxananın cənub – qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. “Buzxana” adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır. Abidəyə Sulut kəndinə qədər avtomobillə, kənddən abidəyə qədər yolu isə piyada və ya atla getmək lazımdır.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » BUZXANALAR
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...