CÜMƏ, 2024-04-19, 5:30 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ MÜQƏDDƏS MƏLƏK QƏSRİ (ROMA) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » MÜQƏDDƏS MƏLƏK QƏSRİ (ROMA)
MÜQƏDDƏS MƏLƏK QƏSRİ (ROMA)
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 4:20 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Müqəddəs Mələk qəsri

Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi.
Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir.
Tarixçəsi
İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur.
Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır.
Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir. Roma papaları onu sonradan əsl qəsrə çevirmişlər. VII Klement 1527-ci ildə V Karl Romanı zəbt edərkən məhz burada sığınacaq tapmışdır.
Sərdabədə dəfn olunanlar
• İmperator Adrian və xanımı Sabina
• İmperator Antonin Piy və xanımı Faustina
• İmperator Lusi Ver
• İmperator Mark Avreli
• İmperator Kommod
• İmperator Septimi Sever
• İmperator Mark Avreli Antonin Bassian (tarixdə daha çox Karakalla kimi tanınır)

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » MÜQƏDDƏS MƏLƏK QƏSRİ (ROMA)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...