Nariman_Qahramanli | TARİX: ŞƏNBƏ, 2010-09-25, 4:20 PM | Message # 1 |
![Nariman_Qahramanli](/avatar/19/458512.jpg) BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Müqəddəs Mələk qəsri Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. Tarixçəsi İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir. Roma papaları onu sonradan əsl qəsrə çevirmişlər. VII Klement 1527-ci ildə V Karl Romanı zəbt edərkən məhz burada sığınacaq tapmışdır. Sərdabədə dəfn olunanlar • İmperator Adrian və xanımı Sabina • İmperator Antonin Piy və xanımı Faustina • İmperator Lusi Ver • İmperator Mark Avreli • İmperator Kommod • İmperator Septimi Sever • İmperator Mark Avreli Antonin Bassian (tarixdə daha çox Karakalla kimi tanınır) ![](http://www.nariman92.ucoz.com/800px-RomaCastelSantAngelo-2.jpg)
|
|
| |