CÜMƏ AXŞAMI, 2024-04-25, 9:19 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ TRAFALQAR MEYDANI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » TRAFALQAR MEYDANI
TRAFALQAR MEYDANI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 4:10 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Trafalqar meydanı

Trafalqar meydanı (ing. Trafálgar Squáre) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.

Adı
Meydan öz indiki adını 1805-ci ildə Britaniya və Fransa donanmaları arasında baş verən və ingilislərin zəfəri ilə başa çatan Trafalqar döyüşünün şərəfinə almışdır. Əvvəlki adı "Kral IV Uilyam Meydanı" olsa da, memar Corc Ledvel Teylorun təklifinə əsasən Trafalqar meydanı adlandırılmışdır.

Xüsusiyyətləri
Meydanın mərkəzində aşağıdan dörd aslan heykəli ilə əhatələnmiş və yuxarısında admiral Horatsio Nelsonun heykəli olan 44 metr hündürlüyündəki Nelson sütunu yerləşir. Sütunun ətrafında 2 böyük fəvvarə vardır.

Dördüncü postament
1841-ci ildə meydanın künclərində 4 postament yerləşdirildi. Onlardan üçü Britaniya dövlət xadimlərinin heykəlləri ilə bəzədildi. Dördüncü postamentdə kral IV Uilyamın atlı heykəlini yerləşdirmək nəzərdə tutulsa da vəsait çatışmazlığı səbəbindən bu baş tutmadı. 1858-ci ildə postamentə vaksinasiyanı kəşf edən alim Edvard Yennerin əsasən ictimai ianələr hesabına yaradılan heykəli yerləşdirildi. Lakin o dövrdə çoxluq təşkil edən vaksinasiya əleyhdarlarının etirazları nəticəsində 4 ildən sonra heykəl buradan götürülərək Kensinqton bağlarına köçürüldü. Boş qalan postamentdə kimin heykəlini yerləşdirmək barəsində ortaq razılıq əldə olunmadığı üçün o bu yaxınlaradək boş qalırdı. 1999-cu ildən başlayaraq Kral İncəsənət Cəmiyyətinin təşəbbüsü ilə postamentdə müasir incəsənət ustalarının işləri sərgilənməyə başladı.

İstifadə
Trafalqar meydanı həm də siyasi nümayişlər və ictimai toplantılar üçün istifadə edilir. Hər il Milad bayramı münasibətilə qurulan ölkənin əsas şam ağacı da burada yerləşdirilir. 8 may 1945-ci ildə məhz bu meydanda Uinston Çörçil müttəfiqlərin II Dünya Müharibəsində Almaniya üzərində qələbə çalması barədə xəbər vermişdir.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » TRAFALQAR MEYDANI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...