İstiqlal bəyannaməsi abidəsi
Abidənin aşağı hissəsi qranitdən, yuxarı hissəsi isə ağ mərmərdən hazırlanıb. Ağ mərmərdən hazırlanan hissədə dövlət gerbi həkk olunub, qranit hissəyə isə "İstiqlal bəyannaməsi"nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latın qrafikası ilə yazılıb. "İstiqlal bəyannaməsi" abidəsi Səbayel rayonu ərazisində AMEA Əlyazmalar İnstitutu ilə İqtisad Universiteti arasındakı ərazidə ucaldılıb. "İstiqlal bəyannaməsi" 1918-ci ildə məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş "İsmailiyyə"də imzalanıb.