ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-08-11, 12:48 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QARNYE SARAYI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » QARNYE SARAYI
QARNYE SARAYI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 3:09 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qarnye Sarayı

Opera Qarnye və ya Qanye Sarayı(fr. Opéra Garnier ; Palais Garnier) Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir. Bina uyun müddət Paris Operası adlanmış, 1989 cu ildə Bastiliya meydanında yeni opera (Opera Bastiliya)inşa edildikdən sonra, onu sadəcə olaraq memarı Şarl Qarnyenin adı ilə adlandırmışlar. Hal-hazırda hər iki opera Milli Paris Operası (fr. Opéra national de Paris).adı altında ictimayi-kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.

Tarixi
Qarnye Sarayı 1669 cu ildə XIV Lüdovik tərəfindən rəsmi olaraq incəsənətin bir növü kimi tanınan Parisin sayca on üçüncü olan operasıdır. 14 yanvar 1858 ci ildə III Napoleon köhnə opera Lö Pölet (fr.Le Peletier) binasında ona edilən qəsd cəhdindən sonra ora getməkdən imtina edərək , yeni opera binası tikilməsini tələb edir. Elan edilmiş tenderdə naməlum memar Şarl Qarnye qali çıxaraq və dərhal 1865 ci ildə binanın tikintisinə başlayır. Lakin çoxlu fasilələr (1870 ci ildə müharibə, imperiyanın çökməsi, Paris kommunası) tikintini 15 il müddətinə uzanmasına səbəb olur. Nəhayət 30 dekabr 1874 cü ildə Üçüncü Respublika dövründə 36 million qızıl franka başa gələn opera binasının inşası bitmiş olur. Qrand Operanın açılışı 15 yanvar 1875 ci ildə baş verir. Bu barədə Qaston Leru öz romanında yazırdı ki, memar Şarl Qanye açılışa dəvət olunmadığına görə ozü özünə bilet almağa məcbur olmuşdur.(Həqiqətdə isə memar öz həyat yoldaşı ilə rəsmi olaraq dəvətli olmuşdur.)

Ölçüləri
• Sahəsi: 11 237 m²;
• Uzunluğu: 173 m;
• Eni: 125 m;
• Zirzəmidən Apolon lirasına qədər hündürlüyü: 73,60 m;
• Giriş pilləkanın hündürlüyü: 30 m;
• Böyük foyenin ölçüləri: hündürlüyü 18 m, uzunluğu 54 m, eni 13 m;
• Tamaşaçı yalının ölçüləri: hündürlüyü 20 m, uzunluğu 32 m, eni 31 m;
• Çilçırağın çəkisi: 8 t.;
• Səhnənin ölçüləri: hündürlüyü 60 m (bunun 45 m-ni səhnəaltı və 15 m-ni isə səhnəüstü təşkil edir), geninə eni (daxili genişliyi) 27 m, eni 48,5 m (pərdələr 16 m eninə açılır).

Vestibül və pilləkanlar
Operanın vestibül və pilləkanları binanın maraqkəsbedici hissələrindən sayılır. Müxtəlif rəngli 30 növ mərmərdən döşənmişdir. Əsas pilləkanın vestibülü təkrar olaraq iki tərəfli pilləkanlara, keçərək teatrın foyesinə ordan da zala açılır. Dörd hissəli tavan müxtəlif musiqi alleqoriyalarla işlənilmişdir. Pilləkanların başlanğıcında aşağıda bir cüt əlində işıq buketi tutmuş qadın fiqurlu torşer yerləşmişdir.

Böyük foye
Antrakt zamanı tamaşaçıların gəzişməsi üçün Foye geniş olub həddindən ziyadə yaraşıqlı, qızılı fonda gözəl mozayik üslubda işlənilmişdir. Buradan giriş pilləkanları ovuc içi kimi görünür. Böyük foye Qarnye tərəfindən qədim qəsrlərdə mövcud olan geniş girəcək və ya dəhliz qalereyası əsasında düşünülmüşdür. Foyenin güzgü və pəncərələrlə tərtibi ona daha da geniş forma verir. Tavanında Pol Bodri tərəfindən işlənmiş, əsasən dekorativ elementi lira olan musiqi tarixindən süjetlər həkkolunmuşdur. Foyenin düz mərkəzində, Luvra qədər uzanan Opera prospektinə açılan pəncərələrin önündə heykəltaraş Karpoya məxsus memar Şarl Qarnyenin büstü qoyulmuşdur. Qalereyanın sonunda sonralar yaradılmış hələ də 1900 cu ilin abı havası duyulan güzgülü salon adlanan, divarlarında müxtəlif növ içkilər: çay, qəhvə, şampan və ov səhnələri təsvir olunmuş bar yerləşmişdir.

Tamaşaçı zalı
Tamaşaçı zalı qızılı-qırmızı çalarlara malik italyansayağı döşənmişdir. Tavanın ortasından işıqlandırma üçün böyük billur çilçıraq asılmışdır. Zal qırmızı məxmər üzlüklü 1900 oturacağa malikdir. Loja hücrələrində məhşur bəstəkarların (Halevi, Mayerber, Rozini, Auber, Şpontini, Bethoven və Motsart) qızılı bürünc büstləri qoyulmuşdur. Xarici görnüşdə: tamaşaçı zalının böyük künbəzinin üzərində əlində lira tutmuş Apolonun heykəli qoyulmuşdur.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » QARNYE SARAYI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...