ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-08-11, 12:35 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ PARİS MƏRYƏM ANA KİLSƏSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » PARİS MƏRYƏM ANA KİLSƏSİ
PARİS MƏRYƏM ANA KİLSƏSİ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 3:01 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Paris Məryəm Ana kilsəsi

Tarixi
Tikintisinə 1163-cü ildə VII Lüdovikin zamanında başlanılmışdır. Bəzi mənbələrdə təməl daşının yepiskop Moris de Sulli digər mənbələrdə isə 1163-cü ildə məhz Papa III Aleksandr tərəfindən qoyulmuş olduğu göstərilir.
1345-ci ildə tamamlanan məbədin üzərində iki memar Jan de Şel 1250-1265-ci və Pyer de Montrey 1250-1267-ci illərdə işləmişlər.
Məbədin xarici və daxili gözəlliyi və əzəməti uzun əsrlər boyu onu kral nigahlarının, tacqoyma və dəfin mərasimlərinin şahidinə çevirmişdir. Məhz burada 1302-ci ildə Fransa parlamentinin - Baş Ştatların ilk iclası keçirilmişdir.
1831-ci ildə Viktor Hüqo özünün "Paris Məryəm Ana kilsəsi" ("Notr-Damın qozbeli") romanını bu ön sözlərlə "Mənim ən başlıca məqsədlərimdən biri, millətdə bizim memarlığımıza qarşı məhəbbət oyatmaqdır".
Məbəddə xrisianların relikviyalarından biri - İsa peyğəmbərə məxsus tikanlı çələng saxlanılır. 1238-ci ildə Fransa kralı IX Lüdovik bu çələngi Bizans imperatorundan pulla alaraq 18 avqust 1239-cu ildə onu Notr-Dam kilsəsinə bağışlamışdır.

Tikintinin xronologiyası
• 1160 – Parisin yepiskopu Moris de Sulli kilsənin tikilməsi haqqında qərar verir.
• 1163 – Təməl daşı qoyulur.
• 1182 – Apsis (Apse) və koro hissələri tamamlanır.
• 1196 – Kilsənin orta hissəsi tamamlanır. Yepiskop Moris de Sulli vəfat edir.
• 1200 – Qərb fasadının tikintisi başlanır.
• 1225 – Qərb fasadı tamamlanır.
• 1250 – Qərb qüllələri və şimal qızılgül şəbəkə pəncərəsi tamamlanır.
• 1250-1345 – Qalan hissələr tamamlanır.

Memarlığı
Ön fasad üç nəhəng, üzəri İncildən olan hədislərə həsr olunmuş miniatür heykəl ansamblları ilə bəzədilmiş portaldan ibarətdir.
Mərkəzi portalda "Qiyamət günü" mövzusunda mərkəzdə tac altında Hakim-İsa Məsih və iki mələk alt hissədə mələklər tərəfindən tütəklə oyadılmış ölülər: kral, papa, döyüşçü və qadın təsvir olunmuşdur.
Məbədin damı cəkisi 210 ton olan 5 mm-lik qurğuşun plitələrlə ortülmüşdür. Yuxarısı müxtəlif cür fantastik heyvan - ximera fiqurları ilə bəzədilmişdir.
Orta əsrlərdən bu günə qədər gəlib çıxmış elementlərdən biri də portalların üstündəki dairəvi formalı diametri 9,6 m olan ortasında Müqəddəs Məryəm, ətrafında mövsümi kənd işləri, bürclər, yaxşı cəhətlər və günahlar təsvir olunmuş gül şüşə şəbəkədir.
İki yan şimal və cənub fasadlarında olan dairəvi gül şüşə şəbəkənin diametri 13 m-dir. Bu da Avropada ən böyük sayılır.

Zəngləri
Böyük fa-diez tona böyük zəng çox nadir hallarda yerdə qalan zənglər isə saat 8:00 və 19:00-da çalınır.
Hər zəngin xüsusi adı var:
• Angelique Franςoise, çəkisi 1765 кq (dо-diеz);
• Antoinette Charlotte, çəkisi 1158 кq (re-diez);
• Hyacinthe Jeanne, çəkisi 813 кq (fа);
• Denise David, çəkisi 670 кq (fа-diez).

Orqan
Məbəddə ilk nəhəng orqan 1402-ci ildə quraşdırılmışdır. 46 registr və 5 manualdan ibarətdir. Sonralar XIX əsrin məşhur orqan ustası Aristid Kavay-Koll registrlərin sayını 86-ya çatdımışdır. Bu orqanda bir çox məşhur bəstəkarlar Sezar Frank və Kamil Sen-Sans ifa etmişlər. Hal-hazırda orqan 7 800 borudan ibarət 109 registrə malikdir.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » PARİS MƏRYƏM ANA KİLSƏSİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...