ÇƏRŞƏNBƏ AXŞAMI, 2024-04-23, 11:48 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ LA SKALA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » LA SKALA
LA SKALA
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 2:45 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
La Skala

La Skala (it. Teatro alla Scala yaxud La Scala) Milanda dünyanın ən tanınmış və ən məşhur opera teatrıdır. Milanın Della Skala(it. Piazza della Scala) meydanında yerləşmişdir. Opera Santa Maria della Skala kilsəsinin yerində tikildiyinə görə La Skala adlandırılmışdır.

Tarixi
la Skala 1776-cı ildə yanmış Reqio Dukale teatrının (it. Teatro Regio Ducale) əvəzinə Santa maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin lahiyəsi əsasında 23 ay müddətində tikilmişdir. 3 avqust 1778- ci ildə La Skala öz qapılarını Antonio Saliyerinin (it. L’Europa riconosciuta operasının primyerası ilə açmışdır.
Teatrın tikintisinə o vaxtki qiymətlə 1 millyon lirə xərclənmiıdir. Bu məbləği şəhərin 90 aristokratı öz boynuna götürmüşdür.
1943- cü ildə İkinci Dünya Müharibəsində dağıdılmış bina qisa bir müddətdə bərba edilmiş və 11 may 1946- cı ildə istifadəyə verilmişdir.
2001-2004 -cü illərdə opera teatrı akustik sistemlərin yeni standartlar səviyyəsində yenidən qurulması üçün təmirə bağlanır.
7 dekabr 2004- cü ildə opera qapılarını ilk açılışda olduğu kimi Antonio Saliyerinin (it. L’Europa riconosciuta operası ilə açır. 2000 dəvət olunmuş qonaqlar arasında demək olar ki Avropanın bütün monarxları ailə üzvüləri ilə birlikdə,Sophia Loren,Giorgio Armani olmuşdurlar. Teatr mövsümünün açılışı hər il 7 dekabr Milan şəhərinin patronu sayılan yepiskop müqəddəs Ambrozinin (it. Sant'Ambrogio) ad gününə təsadüf edir.

Memarlığı
Bina yeni barokko üslubunda tikilmiş öz əvəzedilməz akustikası ilə seçilir. Tamaşa zalının bədii tərtibatı rahatlıq və akustikanın ciddi tələbinə uyğun qurulmuşdur. Opera teatrının binası 100 metr uzunluğa və 38 metr enə malikdir. Fasadının ortasında karetaların daxil olması üçün portal yerləşmişdir. Zal nal şəklində olub, beşqatlı hər biri 8-10 nəfərlik, bir biri ilə dəhlizlərlə əlaqəli olan 194 lojaya, bir kral lojasına və qalereyalara, bir o qədər də böyük olmayan səhnəyə malikdir. Əvvəllər işıqlanma şamlar hesabına olduğuna görə tamaşaçılar özlərini mum ərintisindən qorumaq üçün şilyapa və papaq qoymağa məcbur idilər. İstilik sistemi olmayan tamaşaçı salonu ağ, gümüşü və qızılı rənglərlə işlənilmişdir.

Premieralar
• 2007: Teneke, Fabio Vacchi
• 1988: Montag aus Licht, Karlheinz Stockhausen
• 1984: Samstag aus Licht, Karlheinz Stockhausen
• 1957: Dialogues of the Carmelites, Francis Poulenc
• 1926: Turandot, Giacomo Puccini
• 1924: Nerone, Arrigo Boito
• 1904: Madama Butterfly, Giacomo Puccini
• 1893: Falstaff, Cüzeppe Verdi
• 1892: La Wally, Alfredo Catalani
• 1889: Edgar, Giacomo Puccini
• 1887: Othello, Cüzeppe Verdi
• 1885: Marion Delorme, Amilcare Ponchielli
• 1876: La Gioconda, Amilcare Ponchielli
• 1870: Il Guarany, Carlos Gomes
• 1868: Mefistofele, Arrigo Boito
• 1845: Giovanna d'Arco, Cüzeppe Verdi
• 1843: I Lombardi alla prima crociata, Cüzeppe Verdi
• 1842: Nabucco, Cüzeppe Verdi
• 1840: Un giorno di regno, Cüzeppe Verdi
• 1839: Oberto, Conte di San Bonifacio, Cüzeppe Verdi
• 1835: Maria Stuarda, Gaetano Donizetti
• 1833: Lucrezia Borgia, Gaetano Donizetti
• 1831: Norma, Vincenzo Bellini
• 1829: La straniera, Vincenzo Bellini
• 1827: Il pirata, Vincenzo Bellini
• 1820: Margherita d'Anjou, Giacomo Meyerbeer
• 1814: Il turco in Italia, Gioachino Rossini
• 1813: Aureliano in Palmira, Gioachino Rossini
• 1812: La pietra del paragone, Gioachino Rossini
• 1778: Europa riconosciuta, Antonio Salieri

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » LA SKALA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...