CÜMƏ, 2024-04-19, 11:55 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ HAAQA ŞƏHƏRİNDƏ XOCALI ABİDƏSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » HAAQA ŞƏHƏRİNDƏ XOCALI ABİDƏSİ
HAAQA ŞƏHƏRİNDƏ XOCALI ABİDƏSİ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 2:29 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Haaqa şəhərində Xocalı abidəsi
Haaqa şəhərində Xocalı abidəsi — 24 fevral, 2008-ci ildə, Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq ucaldılan abidə.
Körpəsini ermənilərdən qorumağa çalışan ana
Azərbaycandan kənarda ucaldılan ilk belə abidənin açılışında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak edib.
"Kamperfoeliestraat" parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » HAAQA ŞƏHƏRİNDƏ XOCALI ABİDƏSİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...