ŞƏNBƏ, 2024-04-20, 8:40 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ GƏNCƏ QAPƏLARI - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » GƏNCƏ QAPƏLARI
GƏNCƏ QAPƏLARI
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 2:26 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Gəncə qapıları

Gəncə qapıları 9-cu əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılır.Darvazanın digər tayının aqibəti haqda isə Azərdaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir: «XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyünə istifadə olunmuşdur».Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yavzılmış belə ifadələr (tərçüməsi) var: "Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin.
Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri" (1063-cü il).
Maraqlıdır ki, Gelati monastırına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı qoya biləcəkləri qüvvələri yox idi.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » GƏNCƏ QAPƏLARI
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...