ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-08-11, 12:53 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ AZA PİRİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » AZA PİRİ
AZA PİRİ
Nariman_QahramanliTARİX: ŞƏNBƏ, 2010-09-25, 1:27 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Aza piri

Aza piri - Ordubad rayonunda, Aşağı Aza kəndinin şm.-ş.-ndə orta əsrlərə aid ziyarətgah.

Pirin içərisindəki kitabə və ətraf qəbiristanda qalmış kitabələr tarixi əhəmiyyətli abidə kimi diqqəti cəlb edir. Pirin keçmiş görkəmindən, yəni orada mövcud olmuş binalardan əsər əlamət qalmamışdır. Aşkar olunmuş üç qoç daşdan ikisi yazısızdır, başı sınmış üçüncü abidənin yan tərəflərində ərəbcə kitabədə yazılmışdır: “Onun sahibi Səfərdir.Səkkiz yüz yetmiş yeddinci il (1472/73)”.

Pirin giriş qapısının sağ və solundakı iki məzar daşı inşaat materialı kimi işlənmişdir. Daşların çoxu hörgüdə qalmışdır. Tədqiqatlar nəticəsində vaxtilə pirin ətrafında qəbiristanlıq olduğu aydınlaşdırılmışdır. İçəridə qəbirüstü sinə daşının üzərində həkk olunmuş çatma tağlı taxça hissəsində kitabə motivi – Qurandan ayələr,aşağı hissədə isə süls elementli nəsx xəttilə ərəbcə kitabədə “.....əzəmətli .....mömin ... Mövlana Şəmsəddin Məhəmməd səkkiz yüz doxsan ikinci il zilhiccə ayında fani dünyadan əbadi dünyaya köçdü...”.

 
FORUM » MƏDƏNİYYƏT » ABİDƏLƏR » AZA PİRİ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...