Akropol
Akropol (qədim yunancadan aκρόπολις — yuxarı şəhər)– Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 2500 il tarixi olan memarlıq abidələri ilə zəngin açıq muzeydir.
Qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına və qorunub saxlanmasına ciddi fikir verirdilər. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdir.