CÜMƏ, 2020-08-07, 4:13 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ NAMƏLUM UÇAN OBYEKTLƏR (UNO) - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » NAMƏLUM UÇAN OBYEKTLƏR (UNO)
NAMƏLUM UÇAN OBYEKTLƏR (UNO)
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 9:08 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Naməlum Uçan Obyektlər (UNO)

Naməlum yadelli planetlərdən gələn obyektlər səmadan başqa su hövzələrində - dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təstiqləyir.
NUO-lar haqqında bəzi şeyləri öyrəndik. Ancaq məlum olduğu kimi Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, NUO-lar planetimizdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə NÜO-lər adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur.
Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr.Manson Valentine, Bermuddakı NÜO müşahidələrindən belə bəhs edir: ”Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.Yaxın zamanlarda bölgədə, təyyarə olmadıqları müəyyənləşdirilən hava cisimləri və dənizaltı gəmi olmadığı müəyyənləşdirilən cisimlər müşahidə olunmuşdur.”
NÜO müşahidələrinin keçmişi çox əvvəldən – 1800 - cü illərə qədər uzanır.1800-cü illərin ortalarında tez-tez görülməyə başlayan NÜO-lar, 1845 - ci ildə Türkiyədə Antalyada, 1875 – ci ildə Meksikada, 1879 - 1890 – cı illərdə Basra Körfəzində- Çin dənizində ortaya çıxıblar.20-ci yüzillikdə NUO müşahidələrinə dair məlumatların artmasıyla birikdə, dənizlərdəki bu qeyri – adi cisimlərə dair müşahidələr də artmışdır.
30 iyun 1967 - ci ildə bir Arjantin gəmisi olan Navieroda olan bir qrup insan, dənizdə silindr şəklində bir cismin üzdüyünü görürlər. Təxminən 33 metr uzunluğundakı bu cisim mavi - ağ işıq saçırdı.Cismin heç bir səs çıxartmaması və suda sürətlə hərəkət etməsinə baxmayaraq dalğa yaratmaması müşahidəçiləri çox təəccübləndirmişdi. İnsanlar əsrarəngiz dəniz cismini seyr edərkən, cisim birdən-birə yönünü Navieroya doğru çevirmiş, sürətlənərək gəmiylə toqquşmasına tamamilə cüzi məsafə qaldıqda suya baş vurub gözdən itmişdi.
1972 – ci ilin avqust, sentyabr, oktyabr ayları ərzində Karib Dənizindəki adalardan tez-tez NUO və NÜO müşahidə raportları gəlmişdir.1974 - cü ildə tez-tez təkrarlanan bu müşahidələr, bizə Veneseullada bir sualtı NÜO-nun idarə edildiyi bir mərkəz olduğunu düşünməyə əsas verir. 26 iyul 1980-cı ildə, Braziliya gəmisi “Caioba-Seahorse” ilə səyahət edən dənizçilər, suda üzən, təxminən 10 metr diametrdə yuvarlaq , boz rəngli bir cisim gördülər. Elə bu halda üfüqdə parlaq bir işıq əmələ gəldi və gəmiyə doğru yaxınlaşmağa başladı. İşıq gəminin yanındakı boz rəngli cismə yaxınlaşarkən gəmidəki bütün texnikada problemlər əmələ gəldi. Boz cisim yaşıl, qırmızı, mavi və sarı ışıqlarla aydın sezilirdi.Yaxınlaşdıqca çox parlaq, disk şəklində bir cisim olduğu görünən bu işıq, dənizin altına baş vuraraq metalik NÜO-ya doğru yönəldi və onunla birləşdi. Bundan sonra bu iki cisim birlikdə su üzərinə çıxdılar və bir müddət burada durdular və bunu ardınca da böyük bir sürətlə göy üzünə yüksələrək gözdən itdilər.
NÜO-lar sadəcə okeandamı görülməkdədir? Xeyr, çaylarda, hətta göllərdə müşahidə edilən bu tip əsrarəngiz cisimlərə aid məlumatlar vardır. 30 aprel 1976-cı ildə nəməlum bir cisim İsveçdəki donmuş Silijan çayının buzlarını böyük bir güclə qıraraq su üzərinə çıxmışdır. Buzun qalınlığının 20sm olmasına baxmayaraq, şahidlər cismin ancaq 9 metr uzunluğunda olduğunu bildiriblər. Bəhs edilən NÜO suyun dibindən gəlmiş; buzlaşmış sahəyə doğru təxminən 100km/saat sürətlə yaxınlaşaraq 800 metr uzunluğunda və 4 metr genişliyində bir kanal açmışdır. Bu cisim sonra heç bir zədə almadan göy üzünə qalxmış və gözdən itmişdir.

Yadplanetlilər onları öyrənən alimləri öldürür?
Yadplanetlilər sahəsində araşdırma ilə məşğul olan alimlər müəmmalı şəkildə dünyalarını dəyişirlər.
İlk belə hal 1986-cı ildə baş verib. Uçan naməlum obyektlərin (UNO) araşdırılması ilə məşğul olan professor Arşad Şarif müəmmalı şəkildə «intihar» edib. Lakin onun intihar etmək üçün yaşadığı yerdən 100 kilometr uzağa getməsinin səbəblərini heç kim müəyyənləşdirə bilməyib. Bundan cəmi bir neçə gün sonra Londonda eyni işlə məşğul olan daha bir professor - Vimal Dazibay da təxminən 100 kilometr məsafə qət edərək, özünü körpüdən atıb.
Araşdırmalar göstərib ki, bu müəmmalı ölümlər yeganə deyil. UNO sahəsində araşdırma aparan bir çox alimlərin taleyinə nəzər saldıqda həqiqətən təəccüblənməmək olmur:
• 1987-ci ilin yanvarında Avtar Sinq-Qida itkin düşüb və sonda onun öldüyü elan edilib.
• 1987-ci ilin fevralında Piter Pippel özünə məxsus qarajda avtomobilin içərisində dünyasını dəyişib.
• 1987-ci ilin martında Devid Sends avtomobilini yüksək sürətlə kafe binasına çırparaq, «intihar edib».
• 1987-ci ilin aprelində Mark Vizer özünü asıb.
• 1987-ci ilin aprelində Styuart Qudinq qətlə yetirilib.
• 1987-ci ilin aprelində Devid Qrinhalq körpüdən yıxılaraq ölüb.
• 1987-ci ilin aprelində Şani Uoren suda boğularaq ölüb.
• 1987-ci ilin mayında Maykl Beyker yol qəzasında dünyasını dəyişib.
Ümumilikdə UNO sahəsində araşdırma aparan və müəmmalı şəkildə dünyasını dəyişən alimlərin sayı 23-dür. Görəsən bu həqiqətən təsadüfdürmü?

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » NAMƏLUM UÇAN OBYEKTLƏR (UNO)
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...