ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-08-11, 1:51 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ TİTİUS-BODE QANUNU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » TİTİUS-BODE QANUNU
TİTİUS-BODE QANUNU
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 9:05 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Titius-Bode qanunu

Alman fiziki Titius tərəfindən formul halına salınmış və astronom Bode tərəfindən təkmilləşdirilmiş planetlərin günəşdən məsafələrini ifadə edən qanunauyğunluq. 1776cı ildə təklif olunmuşdur.

Riyazi İfadəsi
3, 6, 12, 24, 48, 96, ... həndəsi silsiləsinə ilk hədd olaraq 0ı əlavə etdikdən sonra hər həddin üzərinə 4 əlavə edib 10a bölək. Alınan 0.4, 0.7, 1, 1.6, 2.8, 5.2, 10, 19.6 və 38.8 ədədləri Astronomik Vahid olaraq planetlərin Günəşdən orta məsafələrinə bərabər olacaqdır.

Tarix
Titius-Bode qanunu ortaya çıxarıldığı zaman Uran, Neptun və Pluton hələ kəşf olunmamışdı. Amma qanun Neptun istisna olunmaqla həqiqətə uyğun nəticələr verməkdədir. Bundan başqa bu qanun Mars və Yupiter arasında bir planet mövcud olması nəzəriyyəsini inkişaf etdirmişdir. Bundan başqa astronomlar Adams və Leverye Neptunun axtarışı zamanı Titsius-Bode qanunundan istifadə etmişdilər. İndi bilirik ki, uzaq planetlər üçün bu qanun bir o qədər də dəqiq deyil. Lakin hesablamalar nəticəsində edilən səhvlər bir birini tarazlamış və Neptun həqiqətən də kəşf olunmuşdu.

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » TİTİUS-BODE QANUNU
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...