CÜMƏ, 2020-08-14, 8:47 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ SÜD YOLU - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » SÜD YOLU
SÜD YOLU
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 9:02 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Süd Yolu

Süd Yolu (Ağ Yol, Bizim Qalaktika, Kəhkəşan) Günəş sisteminin də daxil olduğu qalaktikası. Buludsuz gecələrdə görünür. Süd Yolun müxtəlif hissələrində onun forması, eni və parlaqlığı müxtəlifdir. Onu teleskopla ilk dəfə Qalileo Qaliley müşahidə etmişdir. Süd Yolu Qu bürcündə iki qola ayrılır və Cənub Xaçı bürcündə birləşir. Şimal qütbü Veronikanın Saçları bürcündədir.

Südyolu Qalaktikası və Həssas Tarazlıqlar
Südyolu Qalaktikası (Milky Way, Samanyolu), kainatdakı təxminən 350 milyard qalaktikadan yalnız biridir. 350 milyard qalaktika… Bir nəfəsdə deyilən bu rəqəm haqqında düşünməyə çalışın… Əgər hər saniyə bir qalaktika sayacaq olsanız hamısını saymanız təxminən 10.000 il davam edəcək. Bundan başqa, 10.000 illik dövrün içində bir saniyədə sayacağınız qalaktikamızın içindəki ulduz sayı təxminən 250 milyarddır. Günəş isə bu ulduzlardan sadəcə biridir.
Günəşin bütün xüsusiyyətləri dünyadakı həyat üçün nizamlanmışdır: orta böyüklükdə ulduz olması; dünyadan lazım olan uzaqlıqda yerləşməsi; yaydığı şüaların xüsusiyyətləri; ehtiva etdiyi element nisbətinin bizim üçün uyğun olması kimi. İstilik və işıq qaynağımız olan Günəşin bütün xüsusiyyətləri bizlər üçün nizamlanmışdır.
Qalaktikadakı bütün ulduzlar -Dünyanın Günəş ətrafında döndüyü kimi- qalaktikanın mərkəzi ətrafında dönür. Bu mərkəz ətrafında dönən təxminən 250 milyard ulduzun hər birinin orbiti fərqlidir. Günəş və əlbəttə onunla birlikdə biz də, bu mərkəz ətrafında daimi dönürük. Günəş bu mərkəz ətrafındakı bir tam dövrünü təxminən 230 milyon il ərzində bitirir.
Dünyamız öz oxu ətrafında tapançadan çıxan mərmi sürətiylə, saatda 1760 km sürətlə hərəkət edir. Əgər sürəti bir az daha çox olsaydı küləklər şiddətlənərək tufanlara çevrilərdi və yaşam imkansız olardı. Dünyamız öz oxu ətrafında dövr edərkən Günəş ətrafında da saatda 108.000 km sürətlə bir tam dövr edir.
İçində olduğumuz Südyolu qalaktikası ilə birlikdə isə kosmosda saatda 950 000 km sürətlə müəyyən bir yerə doğru hərəkət edirik. Bu ağılalmaz sürətlə hərəkət edərkən mükəmməl, çox həssas tarazlıqlarla qorunuruq. Belə incə nizam və həssas tarazlıqlar yaradılışın dəlillərindəndir.

Kainatın Yaradılışı: Böyük Partlayış
Bir partlayış xəbəri eşitdiyimizdə təlaşlanar və vurduğu zərərləri ilə maraqlanarıq. Ölülər, yaralılar, dağılan binalar, qırılan şüşələr və s… Yəni bir partlayış olduğunda zərər və nizamsızlıq meydana gəlir. Nə qədər güclü olursa olsun partlayıcıdan istifadə edərək bir şəhəri abad edə bilməzsiniz və ya bir təyyarəni daha təkmilləşmiş texnoloji səviyyəyə çatdıra bilməzsiniz. Harada olursa-olsun bir partlayışdan sonra eyni yerdə rəngarəng çiçəklərin olduğu, müxtəlif canlıların yaşadığı mənzərə ilə qarşılaşa bilməzsiniz… Ancaq dünyamız da, içərisində olduğumuz kainat da təxminən 15 milyard il əvvəl Böyük Partlayış (Big Bang) nəticəsində ortaya çıxmış və genişləyərək indiki formasını almışdır! Yəni partlayış ilə nizam qurulmuşdur. Əgər biri sizə bütün kainatın bir nöqtənin içinə sıxışdırıldığını və bu nöqtənin partlayışdan sonra bütün ulduzları, planetləri və dünyamızı meydana gətirdiyini söyləyirsə burada fövqəladə vəziyyət var. Bizim bildiyimiz bütün partlayışlar dağıdıcı və məhvedici olduğu halda, bütün kainatı bir partlayışın meydana gətirməsi çox xüsusi vəziyyətin olduğunu göstərir.

Big Bangin Tarixi
1929-cu ildə aparılan müşahidələrdən çıxan bir dəlil, elm dünyasına bomba kimi düşdü. O il Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında, amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etmişdi. Habl, istifadə etdiyi nəhəng teleskopla səmanı müşahidə edərkən, ulduzların uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru sürüşən bir işıq yaydıqlarını müəyyən etdi. Bu fikir, o zamana qədər bilinən kainat anlayışını təməldən sarsıdacaqdı.
Çünki məlum fizika qanunlarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqlar bənövşəyi istiqamətə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqlar isə qırmızı rəngə doğru meyllənir (müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə incəlməsi kimi). Bu qanuna uyğun olaraq Hablın müşahidəsi göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habl, çox keçmədən daha mühüm faktlarla qarşılaşdı; ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birilərindən də uzaqlaşırdılar. Elmi müşahidələr kainatdakı hər şeyin bir-birindən uzaqlaşdığını ortaya qoymuşdu. Bu vəziyyətdə kainatın “genişlədiyi” nəticəsi əldə edilirdi.
Hablın ortaya qoyduğu kainatın genişlədiyi gerçəyi, materialistlərin müdafiə etdiyi sabit, başlanğıcı olmayan kainat modelinin tam tərsini iddia edirdi. Kainat sanki şişirilən bir şar kimi genişləyir və göy cisimləri də şarın üzərindəki nöqtələr kimi bir-birindən uzaqlaşırdı.
Kainat genişlədiyinə görə zamanda geriyə doğru gedildiyində daha kiçik bir kainat, daha da geriyə getdiyimizdə “tək bir nöqtə” ortaya çıxırdı. Aparılan hesablamalar, kainatın bütün maddəsini içində saxlayan bu “tək nöqtə”nin, şiddətli cazibə qüvvəsi səbəbiylə “sıfır həcmə” sahib olacağı göstərilir. Kainat, sıfır həcmə sahib bu nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlamayışa “Big Bang” (Böyük Partlama) deyildi və bu nəzəriyyə də eyni adla adlandırıldı.

Yeni Kəşflər: Kosmik Fon Radiasiyası
Big Bangın tək sübutu genişlənən kainat deyildi. Elm adamları Big Bang nəzəriyyəsini təsdiqləyən yeni kəşflər edirdilər. Corc Gamov bu elm adamlarından biri idi. 1948-ci ildə Gamov, Corc Lamatrenin (Georges Lemaitre) hesablamalarını təkmilləşdirdi və Big Bang-ə aid olan yeni tezis irəli sürdü. Buna görə kainatın böyük partlayış ilə meydana gəlməsi nəticəsində, kainatda bu partlayışdan sonra radiasiya olaraq adlandırılan bəzi qalıqların olması labüd idi. Bu “labüd” dəlil də çox keçmədən tapıldı.
1965-ci ildə Arno Penzias və Robert Wilson adlı iki araşdırmaçı alim bu qalıqları ehtiva edən dalğaları kəşf etdilər. “Kosmik Fon Radiasiyası” adlandırılan bu radiasiyanın Big Bangin ilk dövrlərindən qaldığı məlum olmuşdu. Penzias və Wilson, Big Bangi təcrübi olaraq ilk göstərən alimlər olduqları üçün Nobel Mükafatına layiq görülmüşdülər.

1989-cu ildə isə Corc Smut (George Smoot) və birlikdə çalışdığı NASA qrupu, COBE adlı süni peyki kosmosa göndərdilər. Bu peykə yerləşdirilən həssas radarların Penzias və Wilsonun hesablamalarını təsdiqləməsi isə yalnız səkkiz dəqiqə çəkdi. Radarlar qətiliklə kainatın başlanğıcındakı böyük partlayışın isti, sıx vəziyyətinin qalıqlarını sübut edirdi. Bir çox elm adamı COBE-nin müvəffəqiyyətini Big Bangın möhtəşəm zəfəri olaraq şərh etmişdi.
Bu kəşflər və elm adamlarının şərhləri dünyanın bir çox TV kanalında işıqlandırılmışdı, böyük əks-səda doğurmuş və əsrin ən böyük kəşfi olaraq adlandırılmışdı. Çünki, Big Bang yaradılışın dəlili olaraq qəbul edilir.

Kainat Necə Yaranıb?
XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi. Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.
Sonsuz kainat modelinin səhv olduğunu görən və buna qarşı elmi alternativ gətirən ilk şəxs belçikalı alim Corc Lematr (Georges Lemaitre) oldu. Lematr rus alimi Aleksandr Fredmanın (Alexandre Friedmann) bəzi hesablamalarına əsaslanaraq, kainatın əslində bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişləndiyi nəzəriyyəsini irəli sürdü. Bundan başqa, bu başlanğıc anından qalan radiasiyanın müəyyən oluna biləcəyini də bildirdi.
Burada Corc Lematrın bir din alimi olmasını da vurğulamaq lazımdır. Lematr “kainatı Allahın yoxdan yaratdığı”na ürəkdən inanırdı. Yəni elmə materialistərdən çox fərqli bir təməldən yanaşırdı.
Sonrakı illər Lematrın inandığı təməlin doğru olduğunu ortaya çıxaracaqdı. İlk dəfə amerikalı astronom Edvin Habl (Edwin Hubble) istifadə etdiyi nəhəng teleskopla ulduzların həm bizdən, həm də bir-birlərindən davamlı surətdə uzaqlaşdıqlarını kəşf etdi. Bu müşahidələrə əsasən kainatdakı hər şey bir-birindən uzaqlaşırdısa, bunun göstərdiyi bir nəticə vardı: Kainat genişlənirdi, yəni materialistlərin iddia etdikləri kimi hərəkətsiz, sabit deyildi.
Kainatın sabit olmadığını əslində Albert Eynşteyn daha əvvəl nəzəri olaraq hesablamışdı. Lakin bu hesablamalar nəticəsində əldə etdiyi faktlar o dövrün sabit kainat modeli ilə uyğun gəlmədiyi üçün bu kəşfinin üzərində dayanmamış və bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hadisəni “karyerasının ən böyük xətası” adlandırmışdı.
Kainatın genişlənməsi daha vacib bir həqiqəti də göstərirdi: kainat genişləndiyinə görə, zaman ərzində geriyə doğru getdikdə kainatın bir nöqtədən genişlənməyə başladığı ortaya çıxırdı. Aparılan hesablamalar nəticəsində isə bu tək nöqtənin sıfır həcmə malik olması aydınlaşırdı. Elə kainat da bu nöqtənin partlaması nəticəsində ortaya çıxmışdı. Bu partlayışa “Big Bang”, yəni “Böyük Partlayış” adı verildi.
Əslində bu partlayan nöqtənin sıfır həcmə malik olması ifadəsi nəzəri olaraq istifadə edilir. Çünki sıfır həcm ifadəsinin qarşılığı “yoxluq” deməkdir. Yəni kainat yoxluqdan yaranmışdır. Ən doğru şəkildə ifadə etsək, “yoxdan yaradılmışdır”.
«Big Bang» nəzəriyyəsi yoxdan yaradılma həqiqətini açıq-aşkar göstərir. Lakin bu nəzəriyyənin qəbul edilməsi üçün elmi dəlillərinin də tapılması lazım idi. 1948-ci ildə Georgi Qamov kainatın böyük bir partlayışla əmələ gəldiyi halda, Lematrın da daha əvvəl bildirdiyi kimi, kainatda bu partlayışdan qalan radiasiyanın olmasının və bu radiasiyanın kainatın hər tərəfində bərabər miqdarda yayılması fərziyyəsini irəli sürdü.
Qamovun tapılmasının vacib olduğunu dediyi bu dəlil isə qısa müddətdə aşkar edildi. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Arno Penzias, Robert Wilson) adlı iki tədqiqatçı bu radiasiyanın qalıqlarını kəşf etdilər. “Kosmik Fon Radiasiyası” adlandırılan bu radiasiya lokal deyildi və kainatın hər yerinə yayılmış radiasiya idi. Beləliklə, uzun müddət kainatın hər yerindən bərabər ölçüdə alınan istilik dalğasının «Big Bang»-in ilk dövrlərindən qaldığı ortaya çıxdı. Penzias və Uilson bu kəşflərinə görə Nobel mükafatına layiq görüldülər.
1989-cu ildə isə Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa «COBE» süni peykini göndərdi. Bu təkmilləşdirilmiş peykə yerləşdirilmiş həssas ötürücülər də Penzias və Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzində təsdiqlədilər.
Kainatın Allah tərəfindən “Big Bang” ilə yoxdan yaratdığı həmin bu dəlillərlə sübuta yetirilməsi materialist elm adamlarını çox çaşdırdı. Çünki illər boyu fəaliyyətlərinin, ortaya atdıqları fikirlərin, əsassız nəzəriyyələrinin bir-bir məhv olduğuna şahid olurdular. Tanınmış ateist filosof Entoni Flyu (Anthony Flew) bu barədə fikirlərini belə ifadə edir:
«Etirafın insan ruhuna xeyirli olduğunu söyləyirlər. Mən də bir etiraf edəcəyəm: «Big Bang» modeli bir ateist baxımından olduqca sıxıntı verəndir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı isbat etmişdir: kainatın bir başlanğıcı olduğu iddiasını. Mən hələ də ateizmə inanıram, amma bunu «Big Bang» qarşısında müdafiə etməyin o qədər də asan və rahat olmadığını etiraf etməliyəm». (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, s. 241)
Qeyd edək ki, daha sonralar Entoni Flyu bütün bu elmi faktlar qarşısında səmimi davranmışdır. Entoni Flyu-nun 2004-cü il açıqlaması bu şəkildədir. “Ateizmi könüllü şəkildə tərk edirəm... Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm.”
Bununla belə, bu gün bir vaxtlar Allahın varlığını inkar edən, ateist dünyagörüşünə inanan bir çox elm adamları kainatın sonsuz güc sahibi Allah tərəfindən yaradıldığını qəbul etmişdir. Məsələn, «Big Bang»-lə bağlı fəaliyyətləri ilə tanınan amerikalı alim Uilyam Leyn Kreyq (William Lane Craig) bu barədə belə deyir:
«Əslində “heçlikdən sadəcə heçlik çıxar” qanununa uyğun olaraq, «Big Bang»-in fövqəltəbii bir səbəbi olmalıdır. Partlayışdan əvvəlki təklik hər cür zaman-məkan məfhumlarının sona çatdığı hədd olduğuna görə, «Big Bang»-in fiziki bir səbəbi olması qeyri-mümkündür. Əksinə «Big Bang»-in səbəbinin fiziki fəza və zaman hüdüdlarından tamamilə kənar, kainatdan tamamilə müstəqil və ağlın dərk etməyəcəyi dərəcədə qüdrətli olması lazımdır. Üstəlik, bu səbəb özü müstəqil iradəsinə sahib olan şüurlu varlıq olmalıdır... Dolayısı ilə, kainatın mənbəyinin səbəbi kainatı sırf öz iradəsi ilə müəyyən bir zaman əvvəl var edən bir Yaradıcıdır. (William Lane Craig, Cosmos and Creator, Origins & Design, Bahar 1996, cild 17, s. 18)
«Big Bang» nəzəriyyəsinin bizə göstərdiyi əhəmiyyətli bir nəticə də budur ki, İlahi biliklərə istinad edən elm anlayışı kainatın sirlərini açmaqda son dərəcə uğurludur. Materialist fəlsəfəyə istinad edən elm adamları ortaya “sonsuz kainat” modelini atmış, ancaq bütün səylərinə baxmayaraq, bu nəzəriyyəni əsaslandıra bilməmişdilər. Corc Lematrın dini mənbələrə əsaslanaraq irəli sürdüyü «Big Bang» nəzəriyyəsi isə elmin inkişafına təkan vermiş və kainatın həqiqi başlanğıcının başa düşülməsini təmin etmişdir. XX əsrin elm tarixinə baxdığımız zaman buna bənzər vəziyyətin digər sahələrdə də mövcud olduğunu görə bilərik.

Kainatın Sonu və Big Crunch
Big Crunch (Biq Krənç - Böyük Çöküş) nəzəriyyəsi, Big Bang’dən (Böyük Partlayış) sonra genişləyən kainatın getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş, kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.
Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər.
Alimlər büzülən kainatın ən sonda "Big Crunch" (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir:
"Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey bir protondan belə balaca bir nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəyik.... Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu deyə bilərik: Mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək... Fiziklər Qara enerjinin, mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər... Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımız həyat sirkulasiyasının ortasında ola bilər".
Big Crunch kimi ifadə edilən bu elmi fərziyyəyə Quranda belə işarə edilir:
O gün göyü yazılı səhifələrin büküldüyü kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik. (Ənbiya Surəsi, 104)
Bir başqa ayədə isə göylərin bu vəziyyəti belə təsvir edilir:
Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır.(Zumər Surəsi, 67)
Big Crunch nəzəriyyəsinə görə başlanğıcda olduğu kimi əvvəl yavaşca, lakin getdikcə sürət qazanaraq kainat içinə çəkilməyə başlayacaq. Bütün bunların davamında isə kainat sonsuz sıxlıq və sonsuz istilikdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcəkdir. Təsvir edilən bu elmi nəzəriyyə, Quran ayələri ilə paralellik təşkil edir. (Ən doğrusunu Allah bilər.)

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » SÜD YOLU
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...