CÜMƏ, 2024-03-29, 3:05 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ RƏSƏDXANA - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » RƏSƏDXANA
RƏSƏDXANA
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 9:00 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Rəsədxana

Rəsədxana - (başqa dillərdə Observatorium -lat.: observare = müşahidə etmək) kosmosda ulduzları və digər astronomik cismləri elmi cihazlarla müşahidə etmək üçün xüsusi elmi obyektdir.
Müşahidəetmə və ölçmə əsasən teleskopların, hal-hazırda isə antennaların köməyi ilə yerinə yetirilir. 1620-ci ilə qədər rəsədxanalarda müşahidə yalnız açıq havada gözlə baxmaqla aparılırdı. Stounhenc (ingl. Stonehenge) və sekstant, kvadrant kimi qurğular qədim rəsədxanaların əsasını təşkil edirdi.
Rəsədxana işi ilə məşğul olan sahələr arasında Astrometriya geniş yayılmışdır. 1850-ci ildən isə bu Astroqrafiya və Astrofizika ilə tamamlanmışdır.

Tarixi haqqında
Ən qədim rəsədxana kimi bizim eradan əvvəl yaradılmış daş tikililər tanınır. Məsələn, İngiltərədə mövcud olan Stounhenc b.e.ə. 3000-ci illiyə təsadüf edir. Çxomsonde (ingl. Cheomseongdae) Şərqdə ən qədim rəsədxana sayılır (VII əsr). Çində isə rəsədxana üzrə sülalə yaradılmışdır. Tanq sülaləsi ərəfəsində Da Yan təqviminin tərtibi üçün 729-cu ildə 114-cü coğrafiya eninə paralel olaraq 10 rəsədxana tikdirilir. Peruda bir dağın təpəsində tikilmiş 13 qüllədən ibarət 2300 yaşlı Çanquillo rəsədxanası hələ də qalmaqdadır. Orta əsrlərdə rəsədxanalarda çalışanlar klassik münəccimlər idilər. Onlar ölçü aparmaq üçün kvadrantlardan və astrolablardan istifadə edirdilər. Buna misal üçün Nəsirəddin Tusinin Marağa və Tixo Brahanın rəsədxanalarını göstərmək olar.
1608-ci ildə teleskopun ixtirasından sonra münəccimlər də təkmilləşirlər və bu gün bizə məlum olan astronomiya ilə məşğul olan şəxslər formalaşmağa başlayır. Çox vaxt bu işlə varlılar boş vaxtlarında məşğul olurdular. Səmanı seyr etmək üçün evlərin damlarında qüllələr ucaldılır və əlavə otaqlar tikilirdi. 1675-ci ilə təsadüf edən Royal Qrinüiç rəsədxanasının (ingl. Royal Greenwich Observatory) tikintisi də bu araya düşür.
XIX əsrin sonuna kimi rəsədxanada çalışanlar dövlətlərdə gedən tədqiqat işlərində əsas mövqelərdən birini tutmuşdur. Bununla onlar hakim dairələrə çox yaxın olmuşlar. Səmanın keyfiyyətli müşahidə edilməsi üçün qaranlıq və aydın səmanın olması vacibdir. Şəhərlər böyüdükcə onların səmasının tüstüdən tutulması aparılan müşahidə işlərinin dəqiqliyinə mənfi təsir göstərirdi. Buna görə də, rəsədxanaları getdikcə şəhərlərin kənarlarında, açıq səmalarda hündür yerlərdə tikməyə başlayırlar.
Eyni zamanda daha böyük teleskopların hazırlanmasının texnoloji cəhətdən mümkünlüyü və bununla daha zəif işıq kütləsinin tutulması daha uzaq məsafələrə baxmağa və müşahidə etməyə imkan yaratmışdır. Havada mövcud olan qeyri sakitliyin təsirini azaltmaq üçün hal-hazırda kosmik teleskoplardan istifadə edilir. Bu teleskoplar həm də yerdən ölçülməsi mümkün olmayan spektrlərdə müşahidəyə şərait yaradırlar.

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » RƏSƏDXANA
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...