ÇƏRŞƏNBƏ AXŞAMI, 2020-08-11, 1:49 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QIRMIZI YERDƏYİŞMƏ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » QIRMIZI YERDƏYİŞMƏ
QIRMIZI YERDƏYİŞMƏ
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 8:54 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qırmızı yerdəyişmə

Qırmızı yerdəyişmə elektromaqnit şüalanmanın tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsinsəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi qırmızı yerdəyişmə adlanır. O, başqa tezlikli (məs., radiotezlikli) şüalanmalarda da müşahidə olunur. Qırmızı yerdəyişmə istilahı kosmoloji qırmızı yerdəyişmə və qravitasiya qırmızı yerdəyişməsi mənasında işlədilir. Kosmoloji qırmızı yerdəyişmə bizdən çox uzaq olan mənbələrin (qalaktikaların, kvazarların və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914 ildə müşahidə edilmişdir. Qırmızı yerdəyişmə bir neçə qalaktika müstəsna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalar üçün müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızı yerdəyişmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ/λ=Hr/c (Habbl qanunu). r - qalaktikaya qədər məsafə, c - işığın sürəti, H - Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızı yerdəyişməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur. Qravitasiya qırmızı yerdəyişməsi qravitasiya sahəsində yayılan şüalanmanın tezliyinin azalmasıdır. Şüalanma cazibə qüvvələrinə aks istiqamətdə yayıldlqda (zamanın gedişi yavaşılır) onun tezliyi azalır, cazibə qüvvələri istiqamətində yayıldıqda (zamanın gedişi sürətlənir) isə artır. Qravitasiya qırmızı yerdəyişməsini ümumi nisbilik nəzəriyyəsinə əsasən 1911 ildə Albert Eynşteyn söyləmişdir (Eynşteyn effekti). Qravitasiya qırmızı yerdəyişmə Günəşin, sonra isə başqa ulduzların (məs., ağ cırtdanların) şüalanmasında müşahidə edilmişdir. Bəzi hallarda (məs., qravitasiya kollapsında) hər iki qırmızı yerdəyişmə yekun effekt şəklində müşahidə oluna bilir.

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » QIRMIZI YERDƏYİŞMƏ
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2020. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...