CÜMƏ, 2024-12-27, 0:04 AM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ KOSMOQONİYA VƏ KVADRANT - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
KOSMOQONİYA VƏ KVADRANT
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 8:53 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Kosmoqoniya

Kosmoqoniya(yun. κοσμογονία κόσμος - kosmosun, kainatın, dünyanın γονή - yaranması, doğulması) - Günəş sistemlərinin, ulduz sistemlərinin mənşəyi və təkamülü problemlərini öyrənir. Hesiodun dövründən bu günümüzə qədər bir çox fəlsəfi mölahizə və fikirlərin süjet xəttini təşkil edir. Hal-hazırda kosmoqoniya elmin bir şöbəsi olub, bütün astronomik cisimlərin yaranmasını və inkişafını öyrənir.

Kvadrant

Kvadrant- göz cisimlərinin vəziyyətini və hündürlüyünü təyin etmək üçün tətbiq edilən qədim astronomik cihazdır.
Kvadrant çevrənin dördə birinə bəarbər qövs şəklindədir. Adı elə buradan götürülüb.Qövsün üzərində ölçü bölgüsü vardır. Bundan əlavə Kvadrant nişanlayıcı və senklota da malikdir. Göy cismi kavadrantin nişanlayıcısı ilə tutulur və bucağın qiyməti qövsün üzərindən oxunur.
Çevik kvadrantlarla bərabər, böyük tərpənməz cihazlar da düzəldilmişdir. Onlar divarların üzərində bərkidilərək yüksək dəqiqiliklə ölçmə aparmağa imkan verirdilər.
Daniyalaı astronom Tixo Braha (alm.Tycho Brahe, 1546-1601) öz rəsədxanasında radiusu 2 m olan divar üzərində oturdulmuş Kvadrantdan istifadə etmişdir.bu cihaz dəqiq cənuba istiqamətlənmiş idi.Beləki, onun üzərindən keçən göy cisimlərinin dəqiq hündürlüyünü (kulminasiya nöqtəsini) öçlmək mümkün idi. Bu cihazın dəqiqliyi 10 bucaq saniyəsi hədində yerləşirdi.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...