Nariman_Qahramanli | TARİX: CÜMƏ, 2010-09-10, 6:45 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Fəza astronomiyası Fəza astronomiyası - Astronomianın bu sahəsinin vəzifəsi qalaktikamızı və onun quruluşunu öyrənməkdir. Qalaktikamızızdan kənar məkanı, o cümlədən digər qalaktikaları isə qalaktikadankənar astronomiya tədqiq edir. Fəza astronomiası qalakitikaların yaranması və təkamülü məsələlərini öyrənmir. Qalaktikamızın öyrənilməsi digər eyni sistemlərin öyrənilməsi məsələsini asanlaşdırır. Bizim kosmik fəzamızın müəyyən dərinliklərin öyrənilməsi o hissələrin toz dumanına bürünməsi səbəbində problemlidir. Ancaq radoastronomiyanın inkişafı bu problemin həllinə müəyyən qədər kömək edir. Fəza stronomiasyası həmcinin Müxtəlif koordinat sistemləri vasitəsi ilə göy cisimlərinin yerinin müəyyənləşdirilməsi üçün riyazi metodları hazırlayır. Fəza mexanikası Fəza mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya sahəsi. Fəza mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, Kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Fəza mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin isə hərəkəti gözlə də görünə bilər. Onun örənilməsi İohan Keplerin (1571—1630) və İsaak Nyutonun (1643—1727) əsərlərindəki fəza mexanikası qanunları ilə başladı .
|
|
| |