Nariman_Qahramanli | TARİX: CÜMƏ, 2010-09-10, 6:43 PM | Message # 1 |
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860 Azerbaijan
| Astrofizika Astrofizika - müasir astronomiyanın ən böyük və sürətlə inkişaf edən bölməsidir. Astrofizika 2 hissədən ibarətdir: • praktik astrofizika • nəzəri astrofizika Praktik astrofizika Praktik astrofizikada astrofizika texnikası nəzəriyyəsi, bu texnikadan istifadə metodikası, alınan müşahidə materiallarının işlədilməsi metodikası, radioelektronika, hesablama texnikası avtomatlaşdırılması və s.problemləri öyrənilir. Nəzəri astrofizika Nəzəri astrofizikada isə astrofizika məsələlərinin qoyulması müşahidə materialları əsasında kainat obyektlərinin fiziki təbiətinin öyrənilməsi, bu obyektlərdə gedən fiziki proseslərin aşkara çıxarılması eləcə də bu obyektlərin mümkün qarşılıqlı əlaqə və təsirlərinin problemləri öyrənilir.Yeni müşahidə üsullarının yaranması və inkişafı müasir astrofizikada yeni tədqiqat sahələrinin yaranmasına səbəb olmuşdur. Onlardan radioastronomiya, qamma və rentgen astronomiya, ultrabənövşəyi astronomiya,infroqırmızı astronomiyanı göstərmək olar.
|
|
| |