CÜMƏ AXŞAMI, 2024-03-28, 10:19 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ APOLLON 1,4,5,6,11 - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » APOLLON 1,4,5,6,11
APOLLON 1,4,5,6,11
Nariman_QahramanliTARİX: CÜMƏ, 2010-09-10, 6:40 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Apollon 1

Apollon-1 NASA-nın Apollon proqramlarından birincisidir. Apollon-1 insanın ilk dəfə aya uçması cəhdidir. Bu layihənin hazırlanmasına 1967-ci ildə başlanılıb. Amma həmin il yanvar ayının 27-də Apollon-1-in ilk sınağı zamanı raket alışıb yanıb və bunun nəticəsində üç kosmonavt həlak olub. Bu hadisədən sonra NASA Apollon raketini daha da təkmilləşdirib.
Apollon-1-in kosmonavtları
• Vircil I. "Qas" Qrissom - Kapitan
• Edvard H. Uayt II - Pilot
• Rocer B. Çaffi

Apollon 4

Apollon-4 NASA-nın Apollon proqramlarından biridir. Apollon-4 Apollon proqramının kosmonavtsız layihələrindəndir.

Apollon 5

Apollon-5 NASA-nın Apollon proqramlarından biridir. Apollon-5 Apollon proqramının kosmonavtsız layihələrindəndir. NASA 1968-ci ildə Apollon-5-i Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn raketilə kosmosa göndərdi.

Apollon 6

Apollon-6 NASA-nın Apollon proqramlarından biridir. Apollon-6 Apollon proqramının kosmonavtsız son layihəsidir. NASA 1968-ci il aprelin 4-də Apollon 6-nı Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn V raketilə kosmosa göndərdi.

Apollon 11

Uçuş
Tarixi:16 iyul 1969, saat 13:52.
Yeri: Florida yarımadası

Geri Gəliş
Tarixi:24 iyul 1969, saat 12:50.
Yeri:Sakit Okean

Apollon 11 - Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi.
1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".

 
FORUM » ELM VƏ TƏHSİL » ASTRONOMİYA » APOLLON 1,4,5,6,11
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...