ŞƏNBƏ, 2024-12-21, 8:57 PM
UNIVERSAL SITE.
| RSS
ANA SƏHİFƏ QACAR SÜLALƏSİ - FORUM
[ Yeni mesaj · Üzvlər · Forum qaydaları · Axtar · RSS ]
  • Page 1 of 1
  • 1
QACAR SÜLALƏSİ
Nariman_QahramanliTARİX: CÜMƏ AXŞAMI, 2010-09-02, 5:51 PM | Message # 1
BƏRDƏLİ NƏRİMAN.
QRUP: Administrators
MESAJLAR: 860
Azerbaijan
Awards: 0
STATUS: KƏNAR
Qacarlar

Şahlar
- 1794–1797
Ağa Məhəmməd şah

- 1797–1834
Fətəli şah

- 1834–1848
Məhəmməd şah

- 1848–1896
Nasirəddin şah

- 1896–1907
Müzəffərəddin şah

- 1907–1909
Məhəmmədəli şah

- 1909–1925
Sultan Əhməd şah

Qacarlar — 1796 və 1925-ci illər arasında İranda hakimiyyətdə olmuş Azərbaycan-türk sülaləsidir [1][2]. Qovanlı Türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar [3].
16-cı əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indikiAzərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır [4] və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur [5]. Ziyadoğlu ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16-17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. 1-ci Şah Abbas Səfəvi dövründə şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorğan) ərazisində yerləşmişlər.
Qacar sülaləsinin əsası 1781-ci ildə Ağa Məhəmməd xan Qacar tərəfindən qoyulmuşdur. 1796-cı ildə Zənd sülaləsinin sonuncu hökmdarını məğlub etdikdən sonra Ağa Məhəmməd xan Azərbaycanı və İranı Qacar hakimiyyəti altında birləşdirmişdir.
Sülalənin süqutu
21 yanvar 1898-ci ildə Təbrizdə anadan olan Soltan Əhməd, 11 yaşında şah taxtına qalxmışdır. Ancaq I Dünya Müharibəsi illərində İranın Rus, İngilis və Osmanlı qoşunları tərəfindən işğalı Əhməd şahın nüfuzunun itməsilə nəticələnmişdir. 1921-ci ilin fevral ayında dövlət çevrilişinə başcılıq edən Rza xan Pəhləvi İranda ən nüfuzlu şəxsiyyətə çevrilmişdir. 1923-cü ildə Əhməd şah İranı həmişəlik tərk etmişdir və 1925-ci ildə Məclisin qərarı ilə Qacar hökmdarlığının sonu qoyulmuşdur. 1925-ci ildən 1979-cu ilə qədər İrana Pəhləvi sülaləsinin şahları hökmdarlıq etmışlər. Əhməd şah Qacar 21 fevral 1930-cu ildə Fransanın Neuilly-sur-Seine şəhərində vəfat etmişdir.

 
  • Page 1 of 1
  • 1
Search:

BY QƏHRƏMANLI NƏRİMAN 2024. TEL:(051)969-59-16. E MAİL narimanb24@yahoo.com ...